Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Xankəndidə kamandan oxatma üzrə MDB ölkələrinin çempionatı keçiriləcək

    24 Avqust 2024 13:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xankəndidə kamandan oxatma üzrə MDB ölkələrinin çempionatı keçiriləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Ölkəmizdə bu idman növü üzrə yaxşı potensial mövcuddur.

    AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev deyib.

    O, bu idman növü üzrə bu gün start götürən ölkə birinciliyi və çempionatına münasibət bildirib:

    “Bu gün bizdə yetəri qədər gənclər kamandan oxatmaya maraq göstərirlər. Çempionatda iki paralimpiyaçımız da böyüklər arasında mübarizə aparacaq. İnanıram ki, yarış gərgin mübarizə keçəcək və idmançılarımız özlərini yaxşı tərəfdən göstərəcəklər”.

    Quliyev federasiyasının gələcək planlarını da açıqlayıb :

    “Əsas məqsəd bu idman növünü yaşatmaq, inkişaf etdirmək, əlçatanlılığını təmin etməkdir. İdmançıların yaxşı nəticələr göstərməsi üçün şərait yaratmaq bizim üçün vacibdir. Bu gün kamandan oxatmada təşkilatlanma baxımından vəziyyət bəlkə də çox yaxşı səviyyədə deyil. Amma çalışacağıq ki, yaxın müddətdə klubların sayı artsın. Yeni klublar yaradılsın.

    Bu gün əsas təşkilatlanma Bakıda var. Lakin gələcəkdə regionlarda da müvafiq infrastrukturun yaradılmasını nəzərdə tuturuq. Gələn il MDB ölkələri arasında çempionatı ölkəmizdə keçirəcəyik. Artıq proqrama daxil edilib ki, bu yarış Xankəndi şəhərində baş tutacaq. Azad olunmuş Qarabağımızda bu idman növünün olması simvolikdir”.

    Qeyd edək ki, Azərbaycan birinciliyi və çempionatı avqustun 25-dək davam edəcək.

    Xankəndidə kamandan oxatma üzrə MDB ölkələrinin çempionatı keçiriləcək
    #Xankəndi #MDB #kamandan oxatma
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    MDB İqtisadi Şurasının növbəti iclası Aşqabadda keçiriləcək

    29 Avqust 2026 14:46

    “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

    3 İyul 2026 20:43

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

    29 İyun 2026 21:13

    Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib

    27 May 2026 21:51

    Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur - Hikmət Hacıyev

    1 May 2026 20:49

    Azərbaycan unikal bərpa və quruculuq modelini təqdim edir - Hikmət Hacıyev

    1 May 2026 20:36

    4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev

    1 May 2026 20:25

    İşğal dövründə qanunsuz tikililərlə bağlı şəhərsalma planına uyğun olaraq müəyyən addımlar atılır - Hikmət Hacıyev

    1 May 2026 20:12

    Qafqazda yeni status-kvo formalaşır - Hikmət Hacıyev

    1 May 2026 16:50

    Bütün tərəfdaşları regionda sülh gündəliyinə dəstək olmağa çağırırıq - Hikmət Hacıyev

    1 May 2026 16:45

    Moldova MDB-dən çıxmaq barədə son qərarı qəbul etdi

    3 Aprel 2026 10:23

    Xankəndini daha yaxından tanımaq istəyirik -NomadMania-nın təsisçisi

    25 Mart 2026 19:46
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.