Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    İslamın Hindistandakı Tarixi və Mədəni İrsi: Keçmişin İşığında Mövcud Gərginliklər

    30 Aprel 2025 13:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İslamın Hindistandakı Tarixi və Mədəni İrsi: Keçmişin İşığında Mövcud Gərginliklər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    İslam daxil olduğu hər bölgəyə yalnız dini deyil, eyni zamanda yüksək mədəniyyət, incəsənət, ailə dəyərləri və urbanizasiya mədəniyyəti gətirmişdir. Bu fenomen, müxtəlif coğrafiyalarda – Orta Asiyada, Şimali Afrikada, İspaniyada və Hindistanda özünü aydın şəkildə göstərmişdir. Hindistan İslam mədəniyyətinin ən dərin izlər buraxdığı bölgələrdən biridir.

    İslam Hindistana ilk dəfə 711-ci ildə Məhəmməd bin Qasımın rəhbərliyi ilə Sind bölgəsinə (bu günkü Pakistan ərazisinə) daxil oldu. Bu hadisə Hindistanın müsəlmanlarla ilk genişmiqyaslı qarşılaşması idi. Ardınca Qəznəvilər (10–12-ci əsrlər), Qurlular və xüsusilə 1206-cı ildə qurulan Delhi Sultanlığı dövründə İslam daha geniş ərazilərə yayıldı. 1526-cı ildə Baburlar sülaləsinin qurucusu Baburun Panipat döyüşündə Lodilər üzərində qələbəsi ilə Hindistanda Müqəddəs İslam-Türk-Moğol irsinin daşıyıcısı olan Böyük Moğol İmperiyası dövrü başlandı. Bu dövr 1857-ci ilə qədər davam etdi və Hindistan tarixində siyasi sabitliyin, iqtisadi yüksəlişin və mədəniyyət çiçəklənməsinin simvoluna çevrildi.


    Xüsusilə Şah Cahan kimi hökmdarların dövründə memarlıq, şəhərsalma, ədəbiyyat və sənət sahələrində parlaq irs yaradıldı. Tac Mahal, Qutb Minar, Cama Məscidi kimi əsərlər İslam memarlığının Hindistandakı zənginliyini nümayiş etdirir. Bu dövr təkcə İslam dini baxımından deyil, həm də bir çox etnik və dini qrupun birgə yaşadığı sinerji mühiti ilə də fərqlənirdi.


    Lakin 1857-ci ildə Böyük Britaniyanın Hindistanı tam işğal etməsi ilə bu tarixi irsə qarşı məqsədli bir dəyişiklik siyasəti başladıldı. 1857-ci il Hind müsəlman və hindu əsgərlərinin İngilislərə qarşı birlikdə üsyanı (Sepoy Üsyanı) yatırıldıqdan sonra, Böyük Moğol İmperiyası ləğv edildi və son hökmdar II Bahadır Şah Zəfər sürgünə göndərildi. Bundan sonra Britaniya İmperiyası, Hindistanın idarəsində müsəlmanların rolunu məqsədli şəkildə zəiflətməyə başladı. Müsəlmanlar dövlət və iqtisadi strukturlardan uzaqlaşdırıldı, hindular isə mükafatlandırılaraq kolonial idarənin əsas dayaqlarından birinə çevrildi. Təhsildə, mədəni inkişafda və iqtisadi imkanlarda müsəlmanlara qarşı açıq diskriminasiya həyata keçirildi.


    Bu səbəblə, 20-ci əsrin əvvəllərində müsəlman ziyalıları arasında narahatlıq artdı. Müsəlmanlar təhsildə və elmi inkişafda geridə qalmasının qarşısını almağa çalışsalar da, siyasi arenada hinduların üstünlüyü getdikcə artırdı. 1947-ci ildə Hindistanın müstəqilliyi ilə bərabər, müsəlmanların milli haqları uğrunda mübarizəsi Pakistanın yaranması ilə nəticələndi. Pakistanın varlığı, yalnız coğrafi ayrılıq deyil, həm də mədəni və siyasi bir etiraz idi – yüz illərlə Hindistanda hökm sürmüş İslamın bir formasının yaşadılması iddiası idi.


    Bu gün Hindistanda islamofob siyasətin yüksəlişi, keçmişin bu tarixi gərginlikləri ilə sıx bağlıdır. Xüsusilə Hindistan Xalq Partiyası (BJP) və onun lideri Narendra Modi rəhbərliyində son onillikdə islamofob siyasət açıq şəkildə həyata keçirilməkdədir. 1992-ci ildə Babri Məscidinin radikal hindular tərəfindən dağıdılması və yerində Ram məbədinin inşasına qərar verilməsi, simvolik olaraq Hindistanda İslam irsinin hədəf alındığının göstəricisidir. Modi hökumətinin son illərdə müsəlmanlara qarşı tətbiq etdiyi vətəndaşlıq qanunları, Kəşmirdəki status dəyişikliyi və qapalı şəkildə aparılan təqib siyasətləri Hindistan daxilində müsəlman azlığın təzyiq altında yaşamasına səbəb olmuşdur.


    Bu siyasətin fonunda Pakistanla olan münasibətlərin kəskinləşməsi də sadəcə sərhəd məsələləri ilə deyil, eyni zamanda ideoloji müstəvidəki qarşıdurma ilə əlaqəlidir. Pakistanın varlığı bəzi dairələr tərəfindən "İslamın bölgədəki qalıq gücü" kimi qəbul olunur. Bu da onu yalnız regionda deyil, qlobal miqyasda da strateji hədəfə çevirir.


    Lakin bütün bu təzyiqlərə baxmayaraq, İslamın mədəni və siyasi ruhu Hindistan torpaqlarında hələ də yaşayır. Musiqidə, memarlıqda, ədəbiyyatda və xalqın gündəlik həyatında İslamın çoxəsrlik izləri silinməz şəkildə mövcuddur. Bu irsin qorunması yalnız müsəlmanların deyil, ümumilikdə Hindistan cəmiyyətinin tarixi kimliyi baxımından da əhəmiyyətlidir.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nə üçün hicab məsələsi belə gündəm edilir?

    3 Fevral 2026 14:39

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15
    XƏBƏR LENTİ

    İsraildə məktəblər ikinci gün də bağlı qalacaq

    Vaşinqtonun əlində hansı real təsir vasitələri var?

    Oman sahillərində neft tankerində yanğın baş verib

    Trampın müraciətindən sonra yeni qərar verildiyi bildirilir

    Son hücumlar bölgədə yeni müharibənin başlanğıcı ola bilər?

    Kallas tərəfləri yenidən danışıqlar masasına qayıtmağa çağırıb

    Netanyahu və Tramp arasında telefon danışığı olub

    Məsud Pezeşkian: İran nə mübarizədən, nə də danışıqlardan geri çəkilir

    Avropa İttifaqı hansı yeni sanksiyalar tətbiq edib?

    İran millisinin futbolçuları məktəb hücumunda həlak olanların xatirəsini yad ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.