Bakı,AzerVoice
İranın baş prokuroru Mohammad Movahedi Azad İranda prezident seçkiləri ilə bağlı namizədlərə xəbərdarlıq edərək, xarici media ilə əməkdaşlıq etmələrini, onlardan etnik və məzhəb həssaslığını qızışdırmaqdan və ya real olmayan vədlər verməkdən çəkinmələrini tələb edib.
Növbədənkənar prezident seçkiləri kampaniyası İran prezidenti İbrahim Rəisinin öldürülməsindən sonra başlayıb və Keşikçilər Şurasının yekun namizədlərin adlarını açıqlayıb.
Movahedi Azad - Seçki Cinayətlərinin Qarşısının Alınması və Mübarizə üzrə Mərkəzi Komitəsinin iclası zamanı deyib ki, "Xarici media ilə əməkdaşlıq cinayətdir. Seçkilərdə xarici və düşmən mediadan istifadə edilməməlidir".
Movahedi bu kimi naqativ halllarla ciddi mübarizə aparılacağınıl da bildirb. O seçkilərdə məmurları və namizədləri “milli birliyi təsdiqləməyə, inqilab dəyərlərinə və hüquqa hörmət etməyə və ədalətli rəqabət mühiti təmin etmənin vacib olduğunu da qeyd edib.
O, namizədləri “diffamasiyadan” və “etnik və məzhəb həssaslığını qızışdırmaqdan” çəkinməyə, cəmiyyətdə qütbləşmə yaratmaqdan və çağırışlar yaratmaqdan çəkinməyə çağırıb, lıq edib.
Mövhədi Azad namizədlərə “öz imkanlarından və icra hakimiyyətinin səlahiyyətlərini aşan vədlər verməkdən” çəkinməyi, həmçinin “insanları icazəsiz küçələrə toplaşmağa çağırmaqdan və yalan xəbərlər yaymaqdan” çəkinməyi tövsiyə edib.