Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yuxuyozma
    Yuxuyozma

    Yuxuda səhabə görmək

    7 Noyabr 2025 07:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yuxuda səhabə görmək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Yuxuda səhabələrdən birini yaxşı və nurlu vəziyyətdə görmək, yuxu sahibinin sağlam əqidəyə sahib olmasına və sünnəyə uyğun yaşamasına işarədir.

    Səhabələri yuxuda görmək - sevgi, qardaşlıq, yardımlaşma və xeyirxahlıq rəmzidir. Bu yuxu, həm də düşmənçilik və paxıllıq kimi mənfi hisslərdən qurtulmağa, qəlblərdəki kin və ədavətin aradan qalxmasına, yerini sevgi və mərhəmətin tutmasına dəlalət edir.

    Möhtərəm səhabələri görmək eyni zamanda ruzi bolluğuna və zənginliyə işarədir. Onlar dünyada çoxlu fəthlər edib, qənimətlər əldə etmişdilər. Lakin ən böyük qənimət -təqva və iman nemətidir.

    Belə bir yuxu həm də tövbəyə, Allah yolunda xeyirli işlər görməyə və bərəkətə dəlalət edir.

    Məsələn:

    Həzrəti Öməri yuxuda görmək -uzun ömür, fəzilət, haqqı demək cəsarəti, ədalət və doğru yoldan ayrılmamaq mənasına gəlir.

    Həzrət Osmanı görmək — zühd, təqva, həya, gözəl əxlaq və fəzilət rəmzidir. Əgər Həzrət Osman yuxuda gülümsəyir və tərif edirsə, bu, dünya və axirət səadətinə işarədir.

    Həzrət Əbu Bəkri gülərüz — dünya və axirət xoşbəxtliyinə, aramlığa və səadətə dəlalət edir.

    Həzrət Həsən və Hüseyni yuxuda görmək — elm və hikmət qazanmağa, nüfuzlu və saleh insanlarla dostluğa, onlardan xeyir və bərəkət görməyə işarədir.

    Əgər yuxuda səhabələrdən biri sizə bir şey verirsə və ya xoş sözlər söyləyirsə, bu -bolluq, bərəkət, firavanlıq və səxavət deməkdir. Çünki səhabələr mərhəmət və xeyirxahlıqda nümunə idilər.

    Həzrət Fatiməni, Peyğəmbərin sevimli qızını və Cənnət qadınlarının ağasını yuxuda görmək - hər cür xeyir, bolluq, fəzilət və gözəl əxlaq rəmzidir. Onu şən və gülümsəyən görmək -rahatlıq, məmnunluq və səadətə; kədərli görmək isə qəm-qüssəyə işarədir.

    Peyğəmbərimizin mübarək zövcələrindən birini yuxuda görmək -iffət, doğruluq, ailə səadəti və halal ruziyə dəlalət edir. Belə bir yuxu həm də haramdan və batildən uzaq durmaq, paklıq və imanla yaşamaq mənasındadır.

    #yuxuyozma #nostalji yuxular #keçmişlə bağlı yuxular #daxili aləm və yuxular #yuxuların mənəvi yozumu #yuxuların mənası və təfsiri #dini baxımdan yuxular #heyvanlı yuxuların mənası #yuxuların psixoloji və dini təfsiri #dini yuxuların mənası #Yuxuda səhabə görmək #Səhabələri yuxuda görmək #Həzrəti Öməri yuxuda görmək #Həzrət Osmanı görmək #Həzrət Həsən və Hüseyn #Həzrət Fatimə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yuxuda dırnaq görmək - maddi vəziyyət və təhdid

    28 İyun 2026 07:00

    Yuxuda kirpi görmək necə yozulur?

    14 İyun 2026 08:00

    Yuxuda qandal görmək necə yozulur

    7 İyun 2026 08:03

    Yuxuda dəniz görmək necə yozulur?

    5 İyun 2026 09:28

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    Yuxuda zurna görmək

    3 May 2026 08:00

    Vida həccindən Çinə qədər: Səhabələrin coğrafi yayılması

    26 Aprel 2026 00:04

    İslam tarixində şanlı nəslin tərifi – səhabələr

    19 Aprel 2026 10:43

    Yuxuda çaqqal görmək necə yozulur?

    19 Aprel 2026 08:00

    Yuxuda it görmək, it öldürmək necə yozulur

    12 Aprel 2026 08:02

    Yuxuda bülbül görmək necə yozulur?

    5 Aprel 2026 08:00

    Yuxuda bulud görmək necə yozulur?

    29 Mart 2026 08:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.