Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Namibiyaya demokratiya gətirmək istəyən Adolf Hitler kimdir?

    27 Noyabr 2025 16:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Namibiyaya demokratiya gətirmək istəyən Adolf Hitler kimdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Adolf Hitler Uunona — Namibiyada fəaliyyət göstərən yerli siyasətçidir. O, 3 dekabr 1965-ci ildə o vaxt “South West Africa” adlanan bölgədə dünyaya gəlib. Uunona uzun illərdir Namibiyanın şimalında yerləşən Ompundja dairəsində ictimai-siyasi fəaliyyət göstərir və 2004-cü ildən bəri həmin dairənin məclis üzvüdür. O, ölkənin ən böyük siyasi partiyalarından biri olan SWAPO-nun nümayəndəsidir.

    Uunona 2010, 2015 və 2020-ci illərdə keçirilən seçkilərdə dəfələrlə qalib gələrək vəzifəsini davam etdirib. Xüsusilə 2020-ci il seçkilərində o, səsvermənin təxminən 85 faizini qazanaraq beynəlxalq medianın diqqətini cəlb edib. Səbəb isə onun adının “Adolf Hitler” olmasıdır.

    Siyasətçi müsahibələrində bildirib ki, atasının ona bu adı verməsi tarixi Adolf Hitlerlə bağlı deyil. O dövrdə ailəsi adın mənşəyi barədə məlumatlı olmayıb və sadəcə ad kimi seçiblər. Buna baxmayaraq, Uunona adının yaratdığı mənfi assosiasiyalardan çəkinir və ictimaiyyət qarşısında çox vaxt yalnız “Adolf Uunona” kimi tanınır.

    2025-ci ildə yenidən seçkilərə hazırlaşarkən o, rəsmi sənədlərdə soyadının “Hitler” hissəsini çıxartdırdığını açıqlayıb. Bununla da, o, siyasi fəaliyyətini daha neytral adla — “Adolf Uunona” — davam etdirmək qərarına gəlib.Adolf Hitler Uunona son seçkilərdən əvvəl nasist ideologiyası ilə heç bir əlaqəsi olmadığını və dünyaya hökmranlıq etməyə çalışmadığını bildirmişdi.

    #Adolf Hitler #Adolf Hitler Uunona kimdir #Namibiyada Adolf Hitler adını daşıyan siyasətçinin seçkilərdə iştirakı #Adolf Hitler Uunona niyə belə adlandırılıb #Namibiyanın Ompundja dairəsi SWAPO üzvü Adolf Uunona #Namibiyada siyasi fəaliyyət #Namibiyada siyasi xəbərlər #Namibiya seçkiləri və nəticələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Paris dörd illik nasist işğalından azad olundu

    25 Avqust 2026 10:55

    Tarixdə bu gün – 19 Avqust

    19 Avqust 2026 00:01

    Hitlerin qətlə yetirdiyi Afrikalı müsəlmanlar haqqında nə bilirik?

    14 Avqust 2026 09:00

    Bu gün Adolf Hitlerin “Mənim Mübarizəm” kitabının ilk cildi nəşr olundu

    18 İyul 2026 02:00

    “Uzun Bıçaqlar Gecəsi” - Adolf Hitler Nasist Partiyasında yüzlərlə üzvün qətlə yetirilməsi barədə göstəriş verdi

    30 İyun 2026 02:00

    Tarixin ən böyük hücumlarından biri: Almaniya SSRİ-yə qarşı “Barbarossa” əməliyyatını necə başladı?

    22 İyun 2026 03:00

    Faşist Almaniyasının mistik və qanlı elitası: SS təşkilatı haqqında 10 tarixi fakt

    14 İyun 2026 13:00

    Bu gün Hitler müharibənin uduzulduğunu etiraf edib və intihar qərarı verib

    22 Aprel 2026 08:00

    Bu gün Hitler Şərq cəbhəsində son müqavimətə çağırış etdi

    16 Aprel 2026 05:57

    Bu gün Yalta Konfransı işinə başlayıb

    4 Mart 2026 01:51

    Adolf Hitler yenidən Namibiyada seçkilərdə iştirak edəcək

    25 Noyabr 2025 21:48

    Bu Hitler İtaliyanın Yunanıstandakı fiaskosu sərt tənqid etmişdi

    18 Noyabr 2025 02:00
    XƏBƏR LENTİ

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.