Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Adolf Hitler yenidən Namibiyada seçkilərdə iştirak edəcək

    25 Noyabr 2025 21:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Adolf Hitler yenidən Namibiyada seçkilərdə iştirak edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice,Orxan Qədirzadə

    Namibiyanın şimalındakı Ompundja dairəsinin yerli şura üzvü Adolf Hitler Uunona qarşıdan gələn bələdiyyə seçkilərində yenidən namizədliyini irəli sürdüyünü açıqlayıb.

    AzerVoice xəbər verir ki, Uunona uzun illərdir ölkədə hakimiyyətdə olan Cənub-Qərbi Afrika Xalq Təşkilatını (SWAPO) təmsil edir və 2004-cü ildən etibarən Ompundja regionunun nümayəndəsidir. O, son seçkilərdə təxminən 85 faiz səs toplayaraq yerini qoruyub saxlamışdı.

    Siyasətçi Almaniyanın Bild qəzetinə verdiyi müsahibədə 26 noyabrda keçiriləcək yerli seçkilərdə artıq beşinci dəfə iştirak edəcəyini təsdiqləyib.

    Uunona 2020-ci ildə verdiyi müsahibəsində atasının ona bu adı verdiyini, lakin böyük ehtimalla Adolf Hitler adının mənasını bilmədiyini söyləmişdi. O bildirib ki, “Hitler” adından yalnız rəsmi sənədlərdə və seçki bülletenlərində istifadə edir. Uşaqlıqda bu ad ona adi gəlsə də, böyüdükdən sonra tarixdə həmin adın nə ilə əlaqələndirildiyini öyrənib.

    Namibiyada 1990-cı ildə müstəqillik əldə olunduqdan sonra hakimiyyətə gələn SWAPO Apartheid rejiminə qarşı mübarizəsi ilə tanınır və ölkədə keçirilmiş bütün milli seçkilərdə qalib gəlib. Uunona da partiyanın uzunmüddətli üzvlərindən hesab olunur.

    Namibiyanın siyasi mühitinə ölkənin ağır kolonial keçmişi də təsir göstərir. 1904–1908-ci illərdə Almaniyanın törətdiyi kütləvi qırğınlar nəticəsində herero xalqının ən azı 70 faizi, nama xalqının isə 50 faizdən çoxu həlak olmuşdu. Bu hadisələr XX əsrin ilk soyqırımı kimi qiymətləndirilir.

    2018-ci ildə Almaniya həmin dövrə aid 25 nəfərin kəllə sümüklərini Namibiyaya qaytardı. 2021-ci ildə Berlin rəsmən bu cinayətləri soyqırımı kimi tanısa da, kompensasiya ödəməkdən imtina etdi. Bunun əvəzinə Almaniya 30 il ərzində ölkənin inkişaf proqramlarına 1,3 milyard dollar ayırmağı vəd edib.

    #Adolf Hitler Uunona Namibiyada yenidən seçkilərə gedir #Namibiyada mübahisəli ad daşıyan siyasətçi beşinci dəfə namizəd oldu #SWAPO siyasətçisi seçkilər öncəsi açıqlama verdi #Namibiya seçkiləri #Adolf Hitler Uunona kimdir #Ompundja regionu Namibiya #SWAPO partiyası #Namibiya siyasəti #Namibiyada yerli seçkilər #Almaniya kolonial dövrü #Herero və Nama soyqırımı #Namibiyada siyasi gündəm #Namibiya–Almaniya münasibətləri #Namibiyada Adolf Hitler adını daşıyan siyasətçinin seçkilərdə iştirakı #SWAPO partiyasının Ompundja üzrə nümayəndəsi kimdir #Namibiyanın kolonial tarixinin seçkilərə təsiri #Adolf Hitler Uunona niyə belə adlandırılıb #Namibiyada 2025 yerli seçkilərinin əsas namizədləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İnqilab Keşikçiləri Korpusu Küveyt hava limanındakı ziyana görə məsuliyyəti rədd edib

    3 İyun 2026 22:48

    Bəhreyndə İranla əlaqədə ittiham olunan 15 nəfər saxlanılıb

    3 İyun 2026 22:37

    Fransa niyə Livanın gələcəyinə bu qədər önəm verir?

    3 İyun 2026 22:12

    2026 Dünya Kuboku öncəsi İran milli futbol komandası üçün vizalar verilib

    3 İyun 2026 21:47

    İranın Xarici İşlər naziri Küveyt və Bəhreynə hücumları “özünü müdafiə” adlandırıb

    3 İyun 2026 21:43

    Qərb sahilində İsrail qüvvələrin hücumları davam edir

    3 İyun 2026 21:39

    Hücumların ABŞ-ın zərbələrinə cavab olduğu iddiası nə qədər doğrudur?

    3 İyun 2026 21:35

    ABŞ: 125 gəmi dəniz blokadası səbəbindən istiqamətini dəyişib

    3 İyun 2026 21:21

    İraq baş naziri kürd bölgəsində neft şirkətlərinin fəaliyyətinin bərpasını əmr edib

    3 İyun 2026 20:49

    Tramp Netanyahuya Beyrut hədələrinə görə irad tutub

    3 İyun 2026 20:44

    Netanyahu İranın vəziyyətini necə təsvir edib?

    3 İyun 2026 20:35

    Namibiyaya demokratiya gətirmək istəyən Adolf Hitler kimdir?

    27 Noyabr 2025 16:38
    XƏBƏR LENTİ

    Türkiyədə maraqlı araşdırma - Hamı doğulduğu şəhərdə yaşasaydı əhali xəritəsi necə dəyişərdi?

    Bu gün Henri Ford ilk avtomobilini sınaqdan keçirdi

    Tarixdə bu gün - 4 İyun

    İran İnqilab Keşikçiləri Korpusu Küveyt hava limanındakı ziyana görə məsuliyyəti rədd edib

    Bəhreyndə İranla əlaqədə ittiham olunan 15 nəfər saxlanılıb

    Fransa niyə Livanın gələcəyinə bu qədər önəm verir?

    2026 Dünya Kuboku öncəsi İran milli futbol komandası üçün vizalar verilib

    İranın Xarici İşlər naziri Küveyt və Bəhreynə hücumları “özünü müdafiə” adlandırıb

    Qərb sahilində İsrail qüvvələrin hücumları davam edir

    Hücumların ABŞ-ın zərbələrinə cavab olduğu iddiası nə qədər doğrudur?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.