Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Trampı Dəməşqə səfərə təşviq edən Conatan Bass kimdir?

    17 Noyabr 2025 09:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Trampı Dəməşqə səfərə təşviq edən Conatan Bass kimdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Ağ Ev rəsmiləri ABŞ prezidenti Donald Trampın Suriya paytaxtı Dəməşqə səfəri ilə bağlı yayılan məlumatlar barədə açıqlama verməkdən imtina ediblər. Bir çox iddialara görə, ötən bazar ertəsi prezident Tramp və Suriya prezidenti Əhməd əş-Şəraa arasında Ağ Evdə keçirilmiş görüş zamanı Suriya tərəfi Trampı yaxın aylarda Dəməşqə səfərə dəvət edib və Tramp bu dəvəti qəbul edib.

    Ağ Ev rəsmiləri bu iddiaları nə təsdiqləyib, nə də təkzib edib. “Aş-Şərq əl-Əvsət” qəzetinə danışan bir mənbə görüşün “tarixi” olduğunu bildirib və müzakirələrin təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi, Suriyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulması, həmçinin Şəraa adının terror siyahısından çıxarılması və “Sezar” sanksiyalarının altı aylıq dayandırılması mövzularına fokuslandığını deyib.

    Amerikalı siyasi dairələr Trampın Dəməşq səfərinin baş tuta biləcəyini istisna etmir. Bu, 1994-cü ildə Bill Klintonun səfərindən sonra Suriyaya ilk ABŞ prezident səfəri olacaq. Analitiklərə görə, bu addım ABŞ-ın Suriyanın beynəlxalq təcridini bitirmək və yeni hökumətin legitimliyini təsdiqləmək strategiyasının bir hissəsi ola bilər. Tramp administrasiyası Şəraanı “güclü lider” kimi görür və Suriya ilə sürətli normallaşmanı dəstəkləyir.

    Bu addım həm də ABŞ-ın İran və Çinə qarşı formalaşdırdığı yeni regional ittifaqlar strategiyasına uyğun gəlir. Tramp əvvəllər gözlənilməz diplomatik addımlar atıb - o cümlədən ilk müddətində Şimali Koreya lideri ilə görüşmüşdü.

    Tramp, Oval kabinetdə Şəraa ilə görüş zamanı “başqa görüşün də ola biləcəyi” mesajını verib. Ağ Evin sözçüsü Karolin Levit isə bildirib ki, “İdarə Suriyaya qarşılıqlı səfərləri nəzərdən keçirir”, lakin əlavə detalları açıqlamayıb.

    Digər mənbələr səfərin hazırda çətin olduğunu qeyd edir - Suriyada daxili gərginlik, ABŞ Konqresində sanksiyaların götürülməsinə qarşı kəskin narazılıq və hökumətin daxili sabitliyi təmin etmək öhdəlikləri bu səfərin həlledici şərtləridir. Lakin baş tutacağı təqdirdə səfər ABŞ-Suriya münasibətlərinin normallaşmasında simvolik dönüş nöqtəsi ola bilər.

    Conatan Bass kimdir?

    Etibarlı mənbələrə görə, ABŞ biznesmeni Conatan Bass - maye qaz layihələrində ixtisaslaşmış “Argent” şirkətinin baş direktoru, prezident Trampın yaxın tərəfdarı - ABŞ və Suriya arasında qeyri-rəsmi diplomatik səylərdə əsas fiqurdur.

    ABŞ-da yaşayan suriyalı siyasi dairələr onu Tramp administrasiyası ilə Suriya rəhbərliyi arasında vasitəçi kimi təqdim edir.

    Bass Tramp administrasiyasını Dəməşqə səfərə təşviq edir və bunun “Yaxın Şərqin stabilliyi və bərpası üçün həlledici addım” olduğunu bildirir.

    Bass hazırda ABŞ-ın xüsusi elçisi Tom Barak ilə birlikdə təhlükəsizlik protokolları üzərində işləyir. İddialara görə, səfər 2025-ci ilin yanvarında, Dəməşqdəki “Qəsr əl-Şəbab” prezident iqamətgahında baş tuta bilər. Lakin tarix hələ təsdiqlənməyib və regional vəziyyətdən asılı olacaq.

    Bass Suriyanın neft-qaz sektorunu yenidən qurmaq üçün “SyriUS Energy” adlı ABŞ-Suriya birgə enerji layihəsi təklif edib.
    Planlara əsasən, şirkət Nyu-York birjasında listinqə çıxarılacaq ayrıca Suriyanın dövlət enerji fondu 30% pay alacaq

    Layihə ölkənin neft və qaz sahələrinin rəqəmsallaşdırılmasını, korrupsiya ilə mübarizəni və infra­strukturun bərpasını nəzərdə tutur

    Lakin müxalifət Bass-ı “Yəhudi investoru və Suriya sərvətlərinin talanına vasitəçilik edən şəxs” kimi ittiham edir, bəzi dairələr isə bunu “İsrailin yeni işğal planı” adlandırır.

    Conatan Bass Trampın yaxın dostudur. O, 2025-ci ilin mayında Trampın Ər-Riyada səfərində biznes nümayəndə heyətinin üzvü olub. Ondan əvvəl isə Bass Dəməşqə səfər edərək prezident Şəraa ilə görüşüb və Trampa şəxsi məktublar çatdırıb — o cümlədən “Trump Tower Damascus” inşa etmək və Suriyanın enerji yataqlarına çıxış vermək qarşılığında sanksiyaların yüngülləşdirilməsi təklifini.

    #Sezar sanksiyaları #Conatan Bass kimdir #Tramp üçün Dəməşq planı: Enerji #siyasət və gizli vasitəçilər #Tramp Dəməşqə gedəcək? – Bu planın arxasında duran şəxs kimdir? #Conatan Bass – Trampı Suriyaya aparan kölgə diplomatı #ABŞ–Suriya yaxınlaşmasının memarı kimdir? – Bassın gizli rolu #Suriyada Tramp qülləsi? – Conatan Bassın iddialı layihəsi ortaya çıxdı #ABŞ–Suriya diplomatik kanalları #Trampın Dəməşq səfəri #SyriUS Energy layihəsi #Suriyanın enerji infrastrukturu #Tramp Tower Damascus planı #Trampın Dəməşq səfəri mümkündürmü? Bassın rolu nədir? #ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldacaqmı? #Conatan Bass və SyriUS Energy layihəsi haqqında nə bilirik? #Trampın gizli Suriya planı #məşhur iş adamı Conatan Bass kimdir? #ABŞ-Suriya enerji razılaşması iddiası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fazil Küçük kimdir?

    30 Avqust 2026 13:25

    İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

    27 Avqust 2026 17:56

    Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

    25 Avqust 2026 10:10

    Şimali Afrikanın azad və həzin səsi - Suad Massi kimdir?

    23 Avqust 2026 19:12

    Trampdan əl çəkməyən qadın - Natali Harp kimdir?

    19 Avqust 2026 11:15

    Səudiyyə musiqisinin yeni siması – DJ Mubarak kimdir?

    18 Avqust 2026 10:48

    Yazıçı, rəssam,filosof və dahi - Cübran Xəlil Cübran kimdir?

    16 Avqust 2026 15:00

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    9 Avqust 2026 08:54

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    9 Avqust 2026 07:15

    Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

    2 Avqust 2026 04:00

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

    10 Noyabr 2025 22:52
    XƏBƏR LENTİ

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.