ABŞ təxminən 10 il yerləşdiyi Suriyanın İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən strateji Tenef hərbi bazasından geri çəkilib. Suriya hökumətinə yaxın mənbələr ölkə ordusunun bazanı təhvil alaraq burada yerləşdiyini bildirib. Məlumata görə, ABŞ qüvvələri Tenef bazasından İordaniya ərazisində yerləşən və bazaya 22 kilometr məsafədə olan “Kule 22” hərbi obyektinə köçürülüb. Bildirilir ki, bir vaxtlar Tenefdə təxminən 200 ABŞ hərbçisi yerləşirdi. “Kule 22” bazasındakı ABŞ hərbçilərinin sayı barədə isə dəqiq məlumat açıqlanmayıb.
#ABŞ–Suriya diplomatik kanalları
Ağ Ev rəsmiləri ABŞ prezidenti Donald Trampın Suriya paytaxtı Dəməşqə səfəri ilə bağlı yayılan məlumatlar barədə açıqlama verməkdən imtina ediblər. Bir çox iddialara görə, ötən bazar ertəsi prezident Tramp və Suriya prezidenti Əhməd əş-Şəraa arasında Ağ Evdə keçirilmiş görüş zamanı Suriya tərəfi Trampı yaxın aylarda Dəməşqə səfərə dəvət edib və Tramp bu dəvəti qəbul edib.