Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Rümeysa Öztürk kimdir?

    12 Aprel 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rümeysa Öztürk kimdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    30 yaşında olan Rümeysa Öztürk akademik nailiyyətləri ilə tanınan türk tələbədir. O, Türkiyədə orta məktəbi birinciliklə bitirib, daha sonra İstanbul Şəhər Universitetində ikili ixtisas proqramı ilə bakalavr təhsilini tamamlayıb. Magistr təhsilini isə ABŞ-ın nüfuzlu Columbia Universitetinin Teachers College fakültəsində alıb.

    Rümeysa Öztürk Fulbright təqaüdünü qazanaraq ABŞ-a getmiş və Massaçusets ştatında yerləşən Tufts Universitetində “Uşaq Təhsili və İnsan İnkişafı” sahəsində doktorantura təhsilinə başlayıb.

    2025-ci il martın 25-i axşamı iftara getmək üçün evindən çıxdığı anda, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə bağlı olan Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) mülki geyimli əməkdaşları tərəfindən saxlanılıb. Saxlanma anı təhlükəsizlik kameralarına düşmüş və bu hadisə geniş ictimaiyyətin diqqətini cəlb edib.

    ABŞ Dövlət Katibi Marko Rubio açıqlamasında Öztürkün tələbə vizasının ləğv edildiyini və ölkədən deportasiya ediləcəyini bildirmişdir. Rubio həmçinin “HƏMAS-ı dəstəklədiyi” iddia edilən 300-dən çox əcnəbi tələbənin vizasının ləğv edildiyini açıqladı.

    Rümeysa Öztürk saxlanıldıqdan sonra Luiziana ştatındakı bir mühacirət mərkəzinə köçürülmüş, burada dərmanlarına çıxış imkanının olmaması səbəbindən üç dəfə astma tutması keçirib.

    Tufts Universiteti rəsmi açıqlama yayaraq Rümeysa Öztürkün dərhal azadlığa buraxılmasını tələb etmiş və tələbələrinin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib.

    Öztürkün işi hazırda həm Türkiyədə, həm də beynəlxalq arenada yaxından izlənilir. Hadisə ifadə azadlığı və insan haqları ilə bağlı qlobal səviyyədə müzakirələrə səbəb olub.

    #Rümeysa Öztürk #Rümeysa Öztürk kimdir #Rümeysa Öztürk ABŞ #Rümeysa Öztürk deportasiya #Rümeysa Öztürk xəbərləri 2025 #Rümeysa Öztürk nə üçün saxlanılıb? #Rümeysa Öztürkün təhsili haradadır? #Rümeysa Öztürk harada saxlanılır? #Rümeysa Öztürkün hüquqi müdafiəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-da Rümeysa Öztürkün deportasiya prosesi dayandırılıb

    10 Fevral 2026 10:27

    ABŞ Məhkəməsi Tramp administrasiyasına Rumeysa Öztürkün tələbə statusunu bərpa etməyi tapşırdı

    9 Dekabr 2025 12:16

    Ölkəmizin siyasətini ləkələyən iddiaları rədd edirik - Türkiyə XİN

    20 İyul 2025 17:29

    Rümeysa Öztürk ABŞ-da senatorlar tərəfindən dəstəklənir

    12 May 2025 09:53

    Türkiyə Fələstin Dəstəyini Davam Etdirəcək - Ömər Çəlik

    10 May 2025 13:34

    Rümeysa Öztürk həbslə bağlı ilk dəfə danışıb

    10 May 2025 11:17

    ABŞ-da saxlanılan Rümeysa Öztürk sərbəst buraxılıb

    9 May 2025 21:33

    Rümeysa Öztürk bu gün məhkəmə qarşısına çıxacaq

    9 May 2025 11:23

    Rumeysa Öztürkün Səhhəti Pisləşir

    6 May 2025 10:47

    Rumeysa Öztürkün saxlanıldığını bilmirdim - Tramp

    25 Aprel 2025 15:00

    ABŞ Konqres üzvləri Rümeysa Öztürkə baş çəkib

    23 Aprel 2025 16:00

    ABŞ məhkəməsi Rümeysa Öztürkün transferinə qərar verib

    19 Aprel 2025 12:13
    XƏBƏR LENTİ

    Bu gün Henri Ford ilk avtomobilini sınaqdan keçirdi

    Tarixdə bu gün - 4 İyun

    İran İnqilab Keşikçiləri Korpusu Küveyt hava limanındakı ziyana görə məsuliyyəti rədd edib

    Bəhreyndə İranla əlaqədə ittiham olunan 15 nəfər saxlanılıb

    Fransa niyə Livanın gələcəyinə bu qədər önəm verir?

    2026 Dünya Kuboku öncəsi İran milli futbol komandası üçün vizalar verilib

    İranın Xarici İşlər naziri Küveyt və Bəhreynə hücumları “özünü müdafiə” adlandırıb

    Qərb sahilində İsrail qüvvələrin hücumları davam edir

    Hücumların ABŞ-ın zərbələrinə cavab olduğu iddiası nə qədər doğrudur?

    ABŞ: 125 gəmi dəniz blokadası səbəbindən istiqamətini dəyişib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.