Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Nədir
    Nədir

    İşqarilik nədir?

    18 Yanvar 2024 10:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İşqarilik nədir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    İslam fəlsəfəsində məşşailikdən sonra meydana gələn bir düşüncə cərəyanı olaraq, işraqilik gerçək biliyi əldəetmədə empirik və rasionalist metoda deyil, mistik və intuitiv metodu zəruri hesab edən teosofik düşüncə sisteminin adıdır. Bu düşüncə cərəyanının sistemləşdirilərək,   fəlsəfi bir məktəb olaraq meydana gəlməsi Azərbaycan filosofu Şihabəddin Sührəvərdinin adı ilə bağlıdır. Bu məktəbə mənsub olan mütəfəkkirlər “işraqiyyun” (işraqilər) olaraq adlandırılır. İşraqilik İslam düşüncəsinin terminlərinə əsaslanaraq, intiusiya və aydınlanma prinsiplərinə üstünlük verən bir nur metafizikası olub, İslam fəlsəfəsinin yeni istiqamətini təşkil edir. Digər tərəfdən, bu fəlsəfə “sonsuz hikmət” (hikməti xalidə / prennial philosophy) deyə məlum olan və kökləri çox qədim dövrə gedib-çıxan fəlsəfi düşüncənin yeni ifadə formasıdır. Bu mənada, Sührəvərdinin bu ənənəyə mənsub olan mütəfəkkirlərin qədim Yunanıstan və İranda olduğunu söyləməsi və özünü də bu düşüncə ənənəsinin bir nümayəndəsi olaraq görməsi təsadüfi deyildir.
    Mahiyyət etibarilə eklektik bir xarakterə malik olan bu təlimin əsas mənbələrini başda qədim İran, Misir və hind düşüncəsi olmaqla, Platon, neoplatonizm, sabiilik, İbn Sina və Qəzali düşüncəsi təşkil edir. Bu xüsusu nəzərə alan tədqiqatçılar qeyd edirlər ki, işraqiliyin mahiyyəti, ancaq onun xalidi hikmət ənənəsi ilə olan əlaqəsi çərçivəsində dərk edilə bilər. İşraqiliyin İslam fəlsəfəsində bir düşüncə cərəyanı və ya bir məktəb kimi ortaya çıxması Sührəverdinin adı ilə bağlı olsa da, bu düşüncənin ilk izlərini İbn Sinanın fəlsəfi düşüncələrində görmək mümkündür. Belə ki, İbn Sina “Məntiq əl-məşriqiyyin” adlı əsərində Şərqə aid hikmətdən söhbət açır. Buradakı fikirləri ilə İbn Sina peripatetik fəlsəfə ilə yanaşı, Şərq fəlsəfəsini meydana gətirməyə çalışır və bu fəlsəfənin peripatetizmdən daha üstün olduğunu qeyd edir. Elə Sührəvərdinin özü də İbn Sinanın Şərq hikmətini (əl-hikmət əl-məşriqiyyə) ortaya çıxarmaq istədiyini, lakin bu yolda əsas mənbələrə qovuşmadığını qeyd edir. İbn Sinanın “Həyy ibn Yəqzan”, “Risalət ət-teyr” və “Salaman və Absal” adlı əsərlərində Qərb dünyasının qaranlığın, Şərq dünyasının isə işığın yurdu olaraq göstərilməsi, beləliklə, Şərqin müqəddəs bir coğrafiya olduğu istiqamətindəki yanaşma Sührəvərdi tərəfindən də mənimsənilmiş və hətta İbn Sinanın bu məzmundakı düşüncələrini ehtiva edən qısaməzmunlu əsərləri onun tərəfindən fars dilinə tərcümə edilmişdir. Sührəvərdinin “Hikmət əl-işraq” adlı əsərindəki bəzi hissələr İbn Sinanın “Aristotel teologiyası” adlı əsərə yazdığı şərhi ilə bənzərlik təşkil edir.

    İşqarilik nədir?
    #İşqarilik nədir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

    30 Avqust 2026 09:00

    Süleymanın kiçik açarı kitabında 10-cu ruh - Buer kimdir?

    2 Avqust 2026 19:00

    DAAD təqaüdü nədir?

    2 Avqust 2026 09:30

    Medikamentoz terapiyadan bioloji hədəfə: Xoralı kolitin müasir dərmanla müalicə protokolları

    26 İyul 2026 17:00

    “The Lesser Key of Solomon” - Zimminar nədir?

    26 İyul 2026 13:00

    Türk mədəniyətindəki 54 fərz nədir?

    26 İyul 2026 11:00

    Mədədəki kiçik bir yara necə ölümcül təhlükəyə çevrilir? – Hər kəsin bilməli olduğu gizli əlamətlər

    12 İyul 2026 16:00

    Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası

    12 İyul 2026 12:00

    Roma saraylarından kilsə qadağalarına: Orta əsrlər Avropasında ezoterik güc mübarizəsi

    12 İyul 2026 11:00

    Çin zodiak sisteminin elmi-astronomik və tarixi kökləri

    5 İyul 2026 22:00

    Süleymanın kiçik açarı və kral Marbas haqqında bilinməyənlər

    5 İyul 2026 15:00

    Türkiyənin yeni nəsil "Reis" sinfi sualtı qayıqlarında tətbiq edilən AIP texnologiyası nədir?

    5 İyul 2026 14:00
    XƏBƏR LENTİ

    Vanuatu Metyu və Hanter adaları mübahisəsini məhkəməyə çıxarıb

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.