İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh çağırışını riyakarlıq adlandıraraq, bu bəyanatın Vaşinqtonun regionda və İrana qarşı təcavüzkar hərəkətləri ilə ziddiyyət təşkil etdiyini bildirib. Nazirliyin çərşənbə axşamı yaydığı bəyanatda qeyd olunur ki, “Trampın sülh və dialoq istəyi, ABŞ-ın İran xalqına qarşı həyata keçirdiyi aqressiv və cinayətkar siyasətlə uyğun gəlmir”.
VOA təhlil mərkəzi
İsrail rəsmiləri, “HƏMAS”ın yalnız dörd nəfərin cəsədini təhvil verməsindən sonra “dərin şok və məyusluq” ifadə ediblər. Bu, İsrailin gözlədiyindən xeyli azdır və Təl-Əviv bu addımı razılaşmanın pozulması kimi qiymətləndirib.
Suriya xarici işlər naziri Əsəd Şeybani rəsmi səfərlə Beyruta səfər edib. O, Livana Rafiq Hariri Beynəlxalq Hava Limanından daxil olmağı seçərək “yeni Suriyanın” Livan dövlətinə, onun suverenliyinə və müstəqilliyinə hörmətini bir daha nümayiş etdirmək istəyib. Livanda hər detalın - gəliş anından gedişə qədər - simvolik mənası var.
ABŞ tərəfindən tətbiq edilən son sanksiyalar paketi İraq siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Xüsusilə “Həşd əş-Şaabi” Təşkilatının iqtisadi qolu sayılan “əl-Mühəndis” Dövlət Şirkətinin sanksiya siyahısına salınması, ölkənin əsas şiə siyasi güclərindən biri olan Koordinasiya Çərçivəsi qüvvələrinin ciddi narazılığına gətirib çıxarıb. Bu qüvvələr Vaşinqtonun addımını İraqın suverenliyinə və milli institutlarına birbaşa müdaxilə kimi qiymətləndirirlər.
Türkiyə və Suriya arasında xarici işlər, müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə terrorla mübarizə, sərhəd təhlükəsizliyi və Suriyadakı vəziyyət mövzularında mühüm görüş keçirilib. Görüş bazar günü Ankarada, Türkiyə Xarici İşlər Nazirliyində baş tutub.
İndiyədək İranın Suriyada olduğu kimi İraqı tam itirdiyinə dair heç bir sübut yoxdur, lakin Tehran Baqdadda amerikalılar qarşısında uduzmağa başlayıb. Onun yerli müttəfiqləri isə artıq bu günlərin “dünyanın iki ən təhlükəli adamı - Donald Tramp və Benyamin Netanyahuyla sülh içində yaşamağa” alışırlar,- eyə keçmiş iraqlı nazir bildirir.
Livan və İraq mənbələrinin məlumatına görə, vasitəçilər «Hizbullah»ın əlindəki strateji silahların İraqda bir «zəmanətçi» tərəfə əmanət (depozit) edilməsi variantını müzakirə ediblər. Lakin ABŞ administrasiyası bu təklifi qəti şəkildə rədd edib.
Pakistanla Əfqanıstan arasında sərhəddə baş verən silahlı toqquşmalar regionda sabitliyi təhlükə altına salıb. Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, şənbə günü Pakistan təhlükəsizlik qüvvələrinə qarşı “Dürand xətti boyunca uğurlu hərbi əməliyyat” həyata keçirilib. Qurumun sözçüsü Ənəyətullah Xavarəzmi qeyd edib ki, əməliyyat “Pakistan ordusunun hava zərbələrinə cavab olaraq” keçirilib və gecəyarısı başa çatıb, lakin “əgər Əfqanıstan ərazisi yenidən pozularsa, silahlı qüvvələr qətiyyətlə cavab verəcək”.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof şənbə günü Tel-Əvivdəki “Girovların meydanında” keçirilən izdihamlı tədbirdə çıxış edərək ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəsin təmin olunmasındakı səylərini yüksək qiymətləndirib. Tədbirdə yüz minlərlə insan iştirak edib.
Qəzzada atəşkəs razılaşmasının qüvvəyə minməsi ilə Yəməndəki husilər növbəti mərhələ qarşısında çaşqınlıq və narahatlıq içində görünür. Onlar Qırmızı dənizdə hərbi gərginliyi davam etdirmək üçün yeni bəhanələr axtarır, eyni zamanda nəzarət etdikləri ərazilərdə artan ictimai narazılıq və iqtisadi böhranla üzləşməməyə çalışırlar.
İsrailin iki ilə yaxın davam edən hərbi əməliyyatlarından sonra minlərlə fələstinli öz evlərinə qayıtmağa başlayıb. Lakin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) bu gün açıqlayıb ki, Qəzza zolağında binaların 80 faizi ya tamamilə dağıdılıb, ya da ağır zərər görüb, əhalinin isə demək olar ki, hamısı məcburi köçkünə çevrilib. Agentliyin hesabatına görə, 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri səhiyyə müəssisələrinə və tibb işçilərinə qarşı 790-dan çox hücum qeydə alınıb.
Tehran hazırda iki mühüm seçim qarşısındadır - ya yeni nüvə sazişi əldə etmək üçün danışıqlara qayıtmaq, ya da ballistik raket proqramına toxunan hər hansı razılaşmanı rədd edərək, ABŞ Prezidenti Donald Trampın “maksimum təzyiq” siyasətinin sona çatmasını gözləmək.