VOA təhlil mərkəzi

Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb. Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.

Ankara HƏMAS hərəkatını Trampın təşəbbülünü qəbul etməyə inandırmaq üçün əhəmiyyətli səylər göstərib. Lakin Türkiyənin əldə etdiyi əsas fayda, görünür, sazişin özündən deyil, ABŞ prezidentindən “yaşıl işıq” alaraq “Suriya Demokratik Qüvvələri”nə (SDQ) və bütövlükdə Suriyada hərəkət azadlığını təmin etməsindən ibarətdir.

Dünyada nələr baş verir? Son günlər Pakistan və Əfqanıstan arasında demək olar ki, balaca müharibə gedir. Axı niyə? Bu sadəcə ərazi mübahisəsi məsələsidir mi? Mən bunu başqa cür oxuyardım. İlk öncə Əfqan cəmiyyəti Suriya cəmiyyəti qədər sekulyar olmadığı üçün burada beynəlxalq qüvvələrin qarşılıqlı razılığı əsasında Suriya modelində bir Ulus dövlət qurulmadı. Bizim şərti "islamçı məhəllə" nin insanları özünü aldatmasın. Suriya xalqının böyük əksəriyyəti sadəcə olaraq Əsəd getməsini və onun yerində daha mülayim hakimiyyətin olmasını istəyirdi. Əfqan cəmiyyəti belə deyildir.

İsrailin iki il davam edən Qəzza müharibəsi (2023-2025) ərzində “HƏMAS” hərəkatı yalnız xarici deyil, həm də daxili təhdidlərlə üzləşdi. Müharibə dövründə bir sıra qəbilə və silahlı dəstələr meydana çıxaraq bölgədə təhlükəsizlik boşluğu yaratmağa cəhd göstərdi. Atəşkəsin qüvvəyə minməsindən bir neçə gün öncə “HƏMAS” Xan Yunis şəhərinin cənubunda yerləşən Məcaidə qəbiləsinin silahlıları ilə ən böyük toqquşmasına girdi. Müharibə bitdikdən dərhal sonra isə hərəkat Dəğmiş qəbiləsi ilə daha geniş döyüşlər apardı və İsrailin himayəsində fəaliyyət göstərən silahlı qrupları izləməyə başladı.

Rusiya və Suriya tərəflərinin, Bəşər Əsəd rejiminin devrilməsindən sonra, qarşılıqlı münasibətləri yeni əsaslar üzərində qurmağa hazır olduqlarını göstərən müsbət siqnallar ardıcıl şəkildə gəlməkdədir. Son aylarda diplomatik, iqtisadi və hərbi sahələrdə nəzərəçarpacaq canlanma müşahidə olunub; bu proses görüşlər, səfərlər və həvəsləndirici bəyanatlarla müşayiət edilir. Ərəb-Rusiya sammitinin bu ayın ortalarına planlaşdırılmış iclasının təxirə salınması fonunda, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən cümə axşamı televiziya müsahibəsində bildirdi ki, Moskva Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, lakin eyni zamanda ayrılma meyillərinin doğura biləcəyi ciddi təhlükələr barədə xəbərdarlıq edir.

Sabiq Suriya prezidenti Bəşşar Əsədin hökuməti iki il ərzində minlərlə cəsədi gizli şəkildə bir kütləvi məzarlıqdən başqa bir uzaq səhralıq əraziyə köçürüb. Məqsəd - illərlə davam edən qətliamların izlərini ört-basdır etmək olub.2019–2021-ci illər arasında “Torpağın daşınması əməliyyatı” adlandırılan bu proses zamanı Dəməşq yaxınlığındakı Qətifə bölgəsində yerləşən kütləvi məzarlıqdan cəsədlər Zəmir səhrasında yaradılmış yeni gizli məzarlığa daşınıb

İraq və Livan din xadimləri ilk dəfə olaraq, şiə ali mərcəsi Ayətullah Əli Sistaninin ofisindən Livandakı “Hizbullah” hərəkatına göndərilən məktubun təfərrüatlarını açıqlayıblar. Məktub, partiyanın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsindən bir neçə həftə əvvəl göndərilib və regionda “qaydası olmayan müharibənin ağır nəticələri” barədə xəbərdarlıqla yanaşı, “Livandakı bütün mülki insanların həyatının qorunmasının vacibliyini” vurğulayıb.