#Sudanda xəstəxanalara edilən dron zərbələri və Ümumdünya Səhiyyə Təşkilatının hesabatı

Ümumdünya Ərzaq Proqramı (WFP) Sudandakı vəziyyəti “dünyanın ən böyük humanitar aclıq böhranı” kimi xarakterizə edib. Qeyd olunub ki, davam edən münaqişə, onun iqtisadi və humanitar fəsadları nəticəsində təxminən 45 milyonluq əhalinin 19 milyondan çoxu kəskin ərzaq təhlükəsizliyi problemi ilə üz-üzədir. Bununla yanaşı, proqram müharibə başlayandan bəri Port-Sudanda fəaliyyət göstərən ölkə ofisinin paytaxt Xartumda yenidən işə salındığını elan edib ki, bu da BMT-nin paytaxta geniş qayıdışı üçün hazırlıq mərhələsidir.