İranın Lİvandakı səfirinin ölkədən çıxarılması məsələsi və onun Livan hökumətinin qərarına tabe olmaqdan imtina etməsi dövlətlərarası diplomatik münasibətlərdə bənzərinə az rast gəlinən hallardan biri hesab olunur. Lakin tarixdə buna bənzər hadisələr müəyyən dərəcədə baş verib: məsələn, 1983-cü ildə Livan və İran arasındakı diplomatik böhran, 1984 və 2011-ci illərdə Birləşmiş Krallıq ilə Liviya arasındakı gərginlik, habelə 2023-cü ildə Niger ilə Fransa arasındakı qarşıdurma.
#Livan Tehrandan diplomatik qaydalara tabe olmağı tələb edir.
Livan hökumətinin İranın yeni təyin olunmuş səfiri Məhəmməd Rza Şeybaninin akkreditasiyasını ləğv etməsi və onu "persona non grata" elan etməsi iki ölkə arasındakı münasibətlərdə son illərin ən dərin böhranı kimi qiymətləndirilir. Beyrutun bu qərarı sadəcə diplomatik etiraz deyil, ölkənin suverenliyini qorumaq üçün atılmış strateji addım kimi xarakterizə olunur.