Türkiyə

1299-cu ildə oğuzların qayı boyuna mənsub Osman bəy tərəfindən əsası qoyulan Osmanlı dövləti yeddi əsrdən artıq müddətdə geniş coğrafiyaya yayılan imperiya kimi tarixə düşüb. 1453-cü ildə Fatih Sultan Mehmedin Konstantinopolu fəth etməsi Bizans imperiyasına son qoyaraq Osmanlı tarixində dönüş nöqtəsi yaradıb. XVII əsrə gəldikdə isə imperiya artıq üç qitəni əhatə edirdi.

2025-ci ildə Türkiyədə törədilən qəza sayı 676 min 706 olub. İdarədən verilən məlumata görə, keçən ilin avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 589 min 141, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 87 min 565 olub. “Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 407 min 352, vəfat edənlərin sayı isə 2 min 541 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.

ABŞ-ın İsraildəki səfiri Yexiel Leiter Suriyanın gələcəkdə İbrahim Anlaşmalarına daxil edilə biləcəyini bildirib və bunun üçün təhlükəsizlik zəmanətlərinin əsas şərt olduğunu vurğulayıb. Onun sözlərinə görə, İsrail Suriyanın cənub sərhədlərində türk və rus hərbi birliklərinin yerləşməsinin qarşısını almaq məqsədilə Dəməşqlə təhlükəsizlik sazişi imzalanmasını istəyir.

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlar nəticəsində son iki həftə ərzində 77 şübhəli şəxs saxlanılıb. Nazir bildirib ki, jandarma qüvvələri tərəfindən son iki həftə ərzində aparılan əməliyyatlar FETÖ-yə qarşı mübarizə çərçivəsində həyata keçirilib. Məlumata görə, saxlanılan şəxslərin terror təşkilatının mövcud strukturunda fəal iştirak etdikləri, ankesörlü telefonlar vasitəsilə təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ ilə əlaqəli olduğu iddia edilən saxta yardım təşkilatlarına maliyyə dəstəyi göstərdikləri, həmçinin sosial media üzərindən terror təbliğatı apardıqları müəyyən edilib.

Muğlanın Fethiye rayonu sahillərində, sahildən 36 kilometr məsafədə 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.Məlumata əsasən, zəlzələ Fethiye rayonundan 36,61 kilometr uzaqlıqda, dəniz səthindən təxminən 40,08 kilometr dərinlikdə baş verib.

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi 9 yanvar 2026-cı il tarixində İsrail rəsmisinin Somali Federal Respublikasının ayrılmaz hissəsi olan Somaliland bölgəsinə səfərini qanunsuz hesab edən birgə bəyanat yayıb. Bəyanat Səudiyyə Ərəbistanı, Əlcəzair, Banqladeş, Komor adaları, Cibuti, Misir, Qambiya, İndoneziya, İran, İordaniya, Küveyt, Liviya, Maldiv adaları, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Somali, Sudan, Türkiyə və Yəmənin xarici işlər nazirləri, eləcə də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən imzalanıb. Bəyanat Səudiyyə Ərəbistanı, Əlcəzair, Banqladeş, Komor adaları, Cibuti, Misir, Qambiya, İndoneziya, İran, İordaniya, Küveyt, Liviya, Maldiv adaları, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Somali, Sudan, Türkiyə və Yəmənin xarici işlər nazirləri, eləcə də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən imzalanıb.

20-dən çox ölkə Somalinin suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiqləyərək, İsrailin xarici işlər nazirinin Somalinin separatçı bölgəsi olan Somalilanda səfərini qanunsuz adlandırıb. Bu barədə cümə günü yayımlanan birgə bəyanatda qeyd olunub. Bəyanata imza atan 21 ölkə bunlardır: Səudiyyə Ərəbistanı, Əlcəzair, Banqladeş, Komor adaları, Cibuti, Misir, Qambiya, İndoneziya, İran, İordaniya, Küveyt, Liviya, Maldiv adaları, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Somali, Sudan və Türkiyə. Həmçinin, müsəlman ölkələrinin böyük əksəriyyətini təmsil edən İslam Əməkdaşlıq Təşkilatı da bəyanatı dəstəkləyib.

Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün Suriya Xarici İşlər naziri Əsəd Həsən əş-Şeybani ilə telefon danışığı aparıb. Danışıq zamanı Hələb şəhərində baş verən son hadisələr müzakirə edilib. Türkiyə XİN-in mənbələrindən verilən məlumata görə, Hakan Fidan Suriya Xarici İşlər naziri Əsəd Həsən əş-Şeybani ilə telefon əlaqəsi saxlayıb. Görüşdə Hələbdə yaşanan son hadisələr diqqət mərkəzində olub.

ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib ki, şirkətin 14 noyabr 1975-ci ildə Ankarada 4 nəfərlə başlayan fəaliyyəti bu gün, 50-ci ilində, 13 min nəfərlik böyük bir kollektivlə davam edir. Hazırda ASELSAN 25 ölkədə aktiv fəaliyyət göstərir və Anadolunun müxtəlif bölgələrində istehsal müəssisələrinə malikdir. Akyol qeyd edib ki, ASELSAN Borsa İstanbul-da bazar dəyəri 1 trilyon liraya çatan ilk Türkiyə şirkəti olub. Şirkət hazırda Türkiyənin ən dəyərli, Avropanın 8-ci, dünyanın isə 20-ci ən böyük müdafiə sənayesi şirkəti mövqeyindədir.

ASELSAN bu il çoxqatlı inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi ÇELİKKUBBE-nin tədarükünü intensiv şəkildə davam etdirəcək. Sistemin komponentlərindən biri olan EJDERHA Yüksək Güclü Elektromaqnit Qarşı Tədbir Sistemi də bu il istifadəyə veriləcək. ASELSAN-ın baş direktoru Ahmet Akyol SAHA İstanbul-un “SAHA Sohbet” proqramında çıxışı zamanı bildirib ki, ÇELİKKUBBE uzun illər ərzində formalaşmış radar, rabitə, naviqasiya, komanda-idarəetmə və elektron müharibə təcrübəsi üzərində qurulub. Sistemin əsasını ASELSAN tərəfindən hazırlanmış süni intellekt əsaslı proqram təminatı və hərbi 5G əsaslı şəbəkə təşkil edir.

Londonda keçirilən Türkiyə-Birləşmiş Krallıq Ortaq İqtisadi və Ticarət Komitəsinin (JETCO) 8-ci Dövr Toplantısında iki ölkə arasında ticarət həcminin 40 milyard dollara çatdırılması qərara alınıb. Toplantıya Türkiyə Ticarət Naziri Ömər Bolat və Birləşmiş Krallıq İş və Ticarət Naziri Peter Kyle rəhbərlik ediblər. Nazir Bolat görüşdə Türkiyənin strateji mövqeyindən qaynaqlanan imkanları, investisiya mərkəzi olmaq potensialını və Birləşmiş Krallıqla ikitərəfli ticarətə yönəlmiş gələcək strategiyaları vurğulayıb. Toplantı çərçivəsində JETCO Protokolu, 2026-2027-ci illər Fəaliyyət Planı və Səlahiyyətli Öhdəlik Sahiblərinin Qarşılıqlı Tanınması Qaydaları imzalanıb.

Türk Hava Yolları (THY) İranda artan etirazlar və təhlükəsizlik riskləri fonunda İranın paytaxtı Tehrana planlaşdırılan bütün reysləri ləğv edib. Bununla yanaşı, müxtəlif İran aviadaşıyıcıları tərəfindən icra edilən daha beş reys də ləğv olunub. Hazırda yeddi reysin qrafik üzrə saxlanıldığı bildirilsə də, Tehranın beynəlxalq hava limanında vəziyyətin dinamik olduğu və qeyri-müəyyənlik davam etdiyi qeyd olunur.