Türkiyə Jandarma Baş Komandanlığının koordinasiyası ilə 25 vilayətdə qanunsuz silah alverçilərinə və odlu silahı sənədsiz saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlarda 404 şübhəli şəxs ələ keçirilib. Jandarma Baş Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) və İctimai Təhlükəsizlik idarələri, habelə Respublika Baş Prokurorluqlarının rəhbərliyi altında həyata keçirilən tədbirlər Türkiyənin bir çox strateji nöqtələrini əhatə edib. Əməliyyatlar İstanbul, Ankara, Adana, Antalya, Diyarbəkir, Şanlıurfa və digər mühüm mərkəzlər daxil olmaqla ümumilikdə 25 əyalətdə eyni vaxtda reallaşdırılıb.
Türkiyə
MHP Sədr müavini Semih Yalçın partiya nizamnaməsinin müvafiq bəndlərinə əsaslanaraq İstanbul strukturlarının fəaliyyətinə son qoyulduğunu elan edib. Yalçın qərarın nizamnamənin 34, 52 və 54-cü maddələrinin verdiyi səlahiyyətlər çərçivəsində qəbul edildiyini bildirib. Vəzifəsindən kənarlaşdırılan İstanbul vilayət təşkilatının rəhbəri Sertel Selim qərardan sonra etdiyi açıqlamada MHP lideri Devlet Bahçelinin hər zaman əmrində olduqlarını vurğulayıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına əsasən, “Ocean Thunder” adlı türk mülkiyyətli gəmi ötən gecə Hörmüz boğazını təhlükəsiz keçərək Körfəzdən çıxışını tamamlayıb. Məlumata görə, bu keçidlə birlikdə münaqişənin başlanmasından bəri bölgədə gözləyən 3 gəmi boğazdan təhlükəsiz şəkildə ayrılıb.
Konya mərkəzli 13 şəhərdə keçirilən əməliyyat zamanı terror təşkilatının hərbi strukturunda fəaliyyət göstərdikləri iddia olunan şəxslərə qarşı tədbirlər həyata keçirilib. İstanbul, Ankara, İzmir, Bursa, Kayseri, Sakarya, Mersin, Yalova, Isparta, Sivas, Aksaray, Denizli və Afyonkarahisar daxil olmaqla müxtəlif şəhərlərdə eyni vaxtda keçirilən əməliyyat nəticəsində 19 nəfər saxlanılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon əlaqəsi saxlayıb. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, tərəflər regional və qlobal məsələləri, eləcə də Alyansı maraqlandıran strateji mövzuları ətraflı mühakimə ediblər. Prezident Ərdoğan danışıq zamanı İrana qarşı hərbi müdaxilə ilə başlayan prosesin artıq "geostrateji çıxılmaz vəziyyətə" sürükləndiyini vurğulayıb. O, beynəlxalq birliyi bu müharibəni dayandırmaq üçün səyləri artırmağa çağırıb. Ərdoğan həmçinin NATO-nun Türkiyənin hava hücumundan müdafiəsinə verdiyi dəstəyin Alyansın çəkindiricilik gücünü bir daha nümayiş etdirdiyini qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. İstanbuldakı Dolmabahçe İş Ofisində baş tutan görüşdən əvvəl yüksək səviyyəli qonaq üçün rəsmi qarşılanma mərasimi keçirilib. Rəsmi qarşılanma mərasiminin ardından hər iki lider təkbətək görüşə keçiblər. Görüş zamanı Ukraynadakı son vəziyyət, regional təhlükəsizlik məsələləri və iki ölkə arasındakı strateji əməkdaşlığın gələcək perspektivlərinin müzakirə edildiyi bildirilir. Görüşün yekununda liderlərin mətbuata birgə bəyanatla çıxış edəcəyi gözlənilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucu lideri Alparslan Türkeşin vəfatının 29-cu ildönümü münasibətilə anım mesajı yayımlayıb. Prezident mesajında mərhum lideri rəhmətlə yad edərək onun xatirəsinin xalqın qəlbində yaşadığını qeyd edib.
Korrupsiya və rüşvət ittihamları üzrə aparılan istintaq çərçivəsində saxlanılan Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbey barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. İstintaqın detalları ilə bağlı rəsmi açıqlamaların davam edəcəyi bildirilir.
Türkiyənin Van şəhərinin Tuşba rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. AFAD tərəfindən verilən açıqlamada bildirilib ki, zəlzələdən sonra ilkin mərhələdə hər hansı mənfi hal qeydə alınmayıb. Qurum qeyd edib ki, hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinq və araşdırma işləri davam etdirilir.
Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK) elektrik və təbii qaz tariflərində ciddi artım olduğunu elan edib. EPDK-nın rəsmi açıqlamasında qiymət artımının istehsal və paylanma xərclərinin yüksəlməsi ilə əlaqədar olduğu bildirilir. Yeni qaydalara əsasən, məişət abunəçiləri (əhali) üçün elektrik enerjisi 25 faiz, kənd təsərrüfatı fəaliyyəti üçün isə 24,8 faiz bahalaşıb. Sənaye müəssisələri üçün artım nisbətən aşağı – 5,8 faiz səviyyəsində saxlanılıb. Qurumun hesablamalarına görə, bu artımdan sonra 100 kVt/saat elektrik istehlak edən orta statistik ailənin aylıq ödənişi 323,8 TL təşkil edəcək.
Dünyanın aparıcı müsəlman ölkələri İsrail Knessetinin işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı ölüm hökmünün tətbiqinə imkan verən yeni qanun qəbul etməsini kəskin şəkildə pisləyib. Səudiyyə Ərəbistanı, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri bu barədə birgə bəyanat yayıblar.
İclasda turizm sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət imkanları, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarə olunması, qış, sağlamlıq və qastronomiya turizmi istiqamətləri, eləcə də dayanıqlı turizm üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.