Türkiyə

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin regiondakı hərbi siyasətini sərt tənqid edib. O bildirib ki, Ankara İsrailin hərbi əməliyyatlarının dayandırılması üçün müttəfiqləri ilə davamlı müzakirələr aparır. Fidanın sözlərinə görə, Benyamin Netanyahunun siyasəti Yaxın Şərqdə sabitsizliyi və müharibəni dərinləşdirir. O, bu siyasətin region üçün ağır nəticələr doğurduğunu bildirib. Son aylarda İsrailin Qəzza, Livan və Suriyadakı əməliyyatları Ankara ilə Təl-Əviv arasında gərginliyi artırıb. Tərəflər qarşılıqlı olaraq sərt bəyanatlar səsləndirirlər. Regionda diplomatik və siyasi gərginlik davam edir.

Türkiyədə ali təhsil sistemi süni intellekt dövrünün tələblərinə uyğun yeni mərhələyə qədəm qoyur. Ölkənin Ali Təhsil Şurasının qəbul etdiyi "Mikroixtisaslar Çərçivəsi" universitetlərin yalnız bilik istehsal edən qurum deyil, həm də müxtəlif mənbələrdə əldə olunan bilik və bacarıqları tanıyan çevik təhsil mərkəzinə çevrilməsini hədəfləyir.

NATO baş katibi Mark Rutte Türkiyənin NATO daxilində mühüm mövqeyə malik olduğunu və güclü müdafiə potensialı ilə seçildiyini bildirib. Rutte açıqlamasında Türkiyənin Alyans üçün son dərəcə vacib ölkə olduğunu vurğulayaraq, onun NATO-nun ən güclü ordularından birinə sahib olduğunu deyib. NATO Baş katibi Türkiyə Silahlı Qüvvələrinin yüksək səviyyədə təchiz olunduğunu və peşəkar hazırlığa malik olduğunu qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə görüş keçirib. Tərəflər arasında aparılan danışıqların məzmunu barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi Pençe-Kilit əməliyyatı bölgəsində baş vermiş hərbi avtomobil qəzasında yaralanan mütəxəssis çavuş Abdurrahman Hilalın şəhid olduğunu açıqlayıb. Hərbi qulluqçu mayın 22-də baş vermiş avtomobil qəzası zamanı xəsarət almışdı. Xəstəxanada müalicə alan Abdurrahman Hilal həkimlərin bütün səylərinə baxmayaraq bu gün vəfat edib.

Tərəflər yol hərəkətinə elektron nəzarət sistemlərinin qurulması, avtomobil nömrələrinin və barmaq izlərinin tanınması texnologiyalarının tətbiqinin genişləndirilməsi, pasport və şəxsiyyət vəsiqələrinin hazırlanması prosesinin təkmilləşdirilməsi, eləcə də təhlükəsizlik avadanlıqları sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

2026-ci ilin yanvar-may ayında Türkiyədə Fələstin kapitalı ilə 42 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Fələstin şirkətlərinin məcmu kapitalı 130 milyon 545 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 250 milyon 100 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi rəsmi təmaslar çərçivəsində bu gün Suriyaya səfər edəcək. Nazirin Suriyanın daxili işlər naziri Ənəs Həttab və fövqəladə hallar və fəlakətlərin idarə olunması naziri Raid əs-Salih ilə görüşəcəyi gözlənilir. Tərəflərin iki ölkə arasında "Fövqəladə hallar və fəlakətlərin idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalayacağı bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin məsələsinin Yaxın Şərqdə gərginliyin əsas mənbəyi olduğunu bildirib. O, İstanbulda keçirilən NATO toplantısında çıxışı zamanı bölgədə davamlı sülhün yalnız iki dövlətli həll modeli ilə mümkün olduğunu vurğulayıb. Ərdoğanın sözlərinə görə, İsrailin Fələstin torpaqlarında məskunlaşma siyasəti dayandırılmalıdır. Türkiyə Prezidenti Fələstin probleminin beynəlxalq hüquq əsasında həllinin vacibliyini qeyd edib. O, Qəzza və İordan çayının qərb sahilində davam edən hərbi əməliyyatlarla bağlı İsraili yenidən sərt tənqid edib. Ərdoğanın açıqlamaları Ankara ilə Təl-Əviv arasında davam edən siyasi gərginlik fonunda səsləndirilib. Türkiyə iki dövlətli həll modelini bölgədə sabitliyin əsas şərti hesab edir.