2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən ABŞ-yə hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq, 419 milyon 163 min 670 dollara bərabər olub. Türkiyə 2026-cı ilin iyun ayında ABŞ-yə hazırgeyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artıraraq, 75 milyon 99 min 440 dollara çatdırıb.
Türkiyə
2026-ci ilin iyul ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 39 milyon 922 min 113 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin iyul ayında hava limanının beynəlxalq reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 31 milyon 686 min 815 nəfər, daxili reyslər üzrə isə 0,04 faiz artaraq 8 milyon 235 min 298 nəfər təşkil edib.
15 iyul çevriliş cəhdinə aparan prosesdə mühüm rol oynayan rəqəmsal platformalardan biri Bylock olub. İlk baxışda adi mobil mesajlaşma proqramını xatırladan bu tətbiq əslində terror təşkilatı FETÖ üzvlərinin qapalı və şifrələnmiş rabitə şəbəkəsi kimi fəaliyyət göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohaya səfər edib. Onu Həməd Beynəlxalq Hava Limanında Qətər rəsmiləri qarşılayıb. Səfərdə Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib. Türkiyə Prezidenti Qətər əmiri Şeyx Təmim bin Həməd Al Saniyə atasının vəfatı ilə bağlı başsağlığı verəcək. Keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatı ilə bağlı görüşün keçirilməsi planlaşdırılır. Türkiyə və Qətər arasında müxtəlif sahələrdə yaxın əməkdaşlıq mövcuddur. Səfər iki ölkə münasibətləri baxımından diqqət çəkir.
2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana hazır geyim məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artaraq, 28 milyon 789 min 470 dollara bərabər olub. Türkiyə 2026-cı ilin iyun ayında Azərbaycana hazır geyim məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıraraq, 3 milyon 689 min 920 dollara çatdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanı və Quru Qoşunlarının rəhbəri marşal Seyid Asim Müniri qəbul edib. Görüşdə Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz, Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.
2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq, 3 milyon 481 min 740 dollara bərabər olub. Türkiyə 2026-cı ilin iyun ayında Azərbaycana dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıraraq, 631 min 580 dollara çatdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyulun 15-də baş vermiş çevriliş cəhdinin 10-cu ildönümü ilə bağlı açıqlama verərək həmin gecə xalqın nümayiş etdirdiyi müqavimətin dünya demokratiya tarixində xüsusi yer tutduğunu bildirib. Türkiyə Prezidenti vurğulayıb ki, xalqın milli iradəsinə sahib çıxaraq küçələrə çıxması və çevriliş cəhdinə qarşı dayanması ölkənin demokratik tarixində mühüm dönüş nöqtəsi olub.
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz ölkə ictimaiyyətinə və müttəfiq dövlətlərə çağırış edərək, FETÖ və bənzəri gizli qruplaşmaların neqativ fəaliyyətlərinə qarşı hər zaman yüksək dərəcədə ayıq-sayıq olmağın vacibliyini bəyan edib.
İstanbul Respublika Baş Prokurorluğunun Ahbap Dərnəyinin fəaliyyəti ilə bağlı apardığı istintaq çərçivəsində dərnəyin sədri, müğənni Haluk Levent barəsində saxlanılma qərarı çıxarılıb. Məlumata görə, qərar İstanbul Respublika Baş Prokurorluğunun Ahbap Dərnəyi ilə bağlı davam edən araşdırması çərçivəsində qəbul edilib.
2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36,2 faiz artaraq, 134 milyon 209 min 980 dollara bərabər olub. Türkiyə 2026-cı ilin iyun ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artıraraq, 847 min 100 dollara çatdırıb.
2026-ci ilin iyun ayında Türkiyədə baş verən ümumi qəza sayı 61 min 277 olub. İdarədən verilən məlumata görə, iyun ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 53 min 805, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 472 olub.