Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə 2025-ci ildə fındıq ixracından 2,2 milyard dollardan çox gəlir əldə edib

    6 Yanvar 2026 19:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə 2025-ci ildə fındıq ixracından 2,2 milyard dollardan çox gəlir əldə edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    2025-ci ildə Türkiyənin fındıq ixracından əldə etdiyi gəlir 2 milyard 255 milyon dollardan çox olub.

    AzerVoice xəbər verir ki, Qara dəniz bölgəsi Fındıq İxracatçıları Birliyinin idarə heyətinin sədri Hasan Osman Sabir bununla bağlı yazılı açıqlama verib.

    Onun sözlərinə görə, 1 yanvar–31 dekabr 2025-ci il tarixləri arasında Türkiyə 238 min 704 ton fındıq ixrac edib və bu ixracdan 2 milyard 255 milyon 360 min 699 dollar gəlir əldə olunub.

    Sabir xatırladıb ki, 2024-cü ildə ölkə 323 min 244 ton məhsul ixrac edib və bu göstərici 2 milyard 635 milyon 868 min 856 dollar gəlir formalaşdırıb. Onun sözlərinə görə, 2025-ci ildə fındıq və fındıq məhsullarının ixrac həcmi əvvəlki illə müqayisədə 84 min 540 ton və ya 26,15 faiz azalıb, dəyər ifadəsində isə azalma 14,44 faiz təşkil edərək 380,5 milyon dollar olub.

    Qeyd edilib ki, 2025–2026-cı illər ixrac mövsümünün ilk dörd ayı ərzində – 1 sentyabr–31 dekabr tarixlərində – 64 min 711 ton fındıq satışı həyata keçirilib və bu dövrdə əldə olunan gəlir 795 milyon 601 min 856 dollar olub.

    Birlik sədri bildirib ki, mövsümün ilk dörd ayının ixrac göstəriciləri 1980-ci illərin səviyyəsinə enib. Onun sözlərinə görə, bu səbəbdən 2026-cı ildə sektorun problemlərinin kompleks şəkildə həlli üçün yeni və təcili tədbirlərin həyata keçirilməsi zəruridir.

    #Türkiyə 2025-ci ildə fındıq ixracından 2 #2 milyard dollardan çox qazanc əldə edib #2025-ci ildə Türkiyənin fındıq ixracında azalma qeydə alınıb #Türkiyədə fındıq ixracının gəliri 2 #25 milyard dolları ötüb #Fındıq ixracı Türkiyəyə milyardlarla dollar gəlir gətirib #Türkiyənin fındıq sektoru 2026 üçün yeni tədbirlər gözləyir #Türkiye 2025’te fındık ihracatından 2 #2 milyar dolar gelir elde etti #2025’te Türkiye’nin fındık ihracatında düşüş yaşandı #Türkiye’nin fındık ihracat geliri 2 #25 milyar doları aştı #Fındık ihracatı Türkiye ekonomisine milyarlar kazandırdı #Fındık sektöründe 2026 için yeni önlemler gündemde
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelaya başsağlığı göndərib

    25 İyun 2026 18:10

    TAYFUN Blok-2 raketlərinin qəbulu tamamlandı - Türkiyə MN

    25 İyun 2026 13:41

    Azərbaycan şirkətlərinin Türkiyəyə sərmayəsi 200 milyon lirəni ötüb (ÖZƏL)

    25 İyun 2026 11:56

    ABŞ şirkətlərinin Türkiyəyə sərmayəsi 9 milyard lirəni ötüb (ÖZƏL)

    25 İyun 2026 11:11

    Azərbaycan və Türkiyə İslam dünyasında mühüm rol oynaya biləcək ölkələrdir - Numan Kurtulmuş

    24 İyun 2026 16:35

    Türkiyə Rusiyadan cinayətkarların Türkiyəyə qaytarılmasını tələb edib

    24 İyun 2026 16:26

    Ərdoğan Trampla görüşü təsdiqlədi - NATO Zirvəsində ikitərəfli danışıqlar gözlənilir

    24 İyun 2026 16:21

    Ərdoğandan müxalifətə sərt mesajlar - Paralel idarəetmə siyasəti iflic edir

    24 İyun 2026 14:03

    Ankarada İŞİD-ə qarşı əməliyyat: Silahlı qarşıdurmada bir terrorçu zərərsizləşdirildi

    24 İyun 2026 13:47

    Ankarada təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırıldı

    24 İyun 2026 11:33

    TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib

    23 İyun 2026 20:46

    TBMM sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib

    23 İyun 2026 19:01
    XƏBƏR LENTİ

    Qüsurlar aradan qaldırıldı: 319 at güclü yeni Mazda CX-90 Hibrid satışa hazırdır

    Konfliktlərin həlli üçün yaradılan təşkilat - Bu gün BMT Nizamnaməsi imzalandı

    Kennedinin tarixi bəyanatı - Mən də berlinliyəm

    Birinci vitse-prezident Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

    Orta seqment Galaxy A27 5G smartfonunu rəsmi olaraq təqdim edilib

    Tarixdə bu gün - 26 İyun

    Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

    Kanada Venesuelaya humanitar yardım göndərəcəyini açıqlayıb

    Antonio Quterreş Venesuelaya BMT-nin dəstəyini vəd edib

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.