#Fındıq ixracı Türkiyəyə milyardlarla dollar gəlir gətirib

2025-ci ildə Türkiyənin fındıq ixracından əldə etdiyi gəlir 2 milyard 255 milyon dollardan çox olub. Qara dəniz bölgəsi Fındıq İxracatçıları Birliyinin idarə heyətinin sədri Hasan Osman Sabir bununla bağlı yazılı açıqlama verib. Onun sözlərinə görə, 1 yanvar–31 dekabr 2025-ci il tarixləri arasında Türkiyə 238 min 704 ton fındıq ixrac edib və bu ixracdan 2 milyard 255 milyon 360 min 699 dollar gəlir əldə olunub.