Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyənin 5-ci regional hava limanı tamamlanmaq üzrədir

    12 Avqust 2025 14:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin 5-ci regional hava limanı tamamlanmaq üzrədir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, tikintisi davam edən Bayburt-Gümüşhane Hava Limanının tamamlandıqdan sonra ölkənin 5-ci regional hava limanı kimi fəaliyyət göstərəcəyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, nazir yazılı açıqlamasında bildirib ki, Gümüşhanəyə 67 kilometr, Bayburta isə 47 kilometr məsafədə, Köse–Bayburt avtomobil yolu üzərində inşa edilən hava limanının infrastruktur işləri tamamlanıb. Onun sözlərinə görə, 3 min metr uzunluğunda və 45 metr enində uçuş-enmə zolağı, 300x120 metr ölçülü perron və 265 metr uzunluğunda taksi yolu artıq hazırdır.

    Üstyapı işlərinin də sürətlə davam etdiyini bildirən Uraloğlu qeyd edib ki, terminal binası, texniki blok və idarəetmə qülləsində, eləcə də mühəndis-kommunikasiya sistemlərində tikinti və quraşdırma işləri aparılır.

    “Terminal binamız 17 min kvadratmetr sahəyə malik olacaq və müasir memarlıqla inşa ediləcək. Ümumi qapalı sahə 29 min kvadratmetrə çatacaq. Layihə tamamlandıqdan sonra hava limanı ildə 2 milyon sərnişin qəbul edə biləcək və Türkiyənin 5-ci regional hava limanı kimi fəaliyyət göstərəcək,” – deyə nazir Uraloğlu bildirib.

    #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Türkiyə hava limanları #Bayburt Gümüşhane Hava Limanı #regional hava limanı #Qara dəniz hava limanı #hava limanı infrastruktur və üstyapı #Bayburt Gümüşhane uçuş xətti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur - 28 milyondan çox sərnişin (ÖZƏL)

    18 Avqust 2026 15:00

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 48 milyondan çox sərnişin (ÖZƏL)

    18 Avqust 2026 11:58

    Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 16:00

    Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 14:00

    İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 12:00

    Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 10:05

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 39 milyondan çox sərnişin (ÖZƏL)

    15 İyul 2026 10:05

    Türkiyəyə məxsus 11 gəmi Hörmüz boğazından keçdi

    23 İyun 2026 12:20

    Türkiyə 6G dövrünə hazırlaşır: 5G abunəçilərinin sayı 42 milyona yaxınlaşdı

    14 İyun 2026 17:00

    Sabiha Gökçən Hava Limanında sərnişin axını artır: İlk beş ayda 19,3 milyondan çox sərnişinə xidmət göstərilib (ÖZƏL)

    10 İyun 2026 11:10

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 32 milyondan çox xarici sərnişin (ÖZƏL)

    10 İyun 2026 10:13

    Yaxın şərqdə qalan təyyarəmiz yoxdur - Uraloğlu

    3 İyun 2026 11:23
    XƏBƏR LENTİ

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.