#Qara dəniz hava limanı

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, tikintisi davam edən Bayburt-Gümüşhane Hava Limanının tamamlandıqdan sonra ölkənin 5-ci regional hava limanı kimi fəaliyyət göstərəcəyini açıqlayıb. Nazir yazılı açıqlamasında bildirib ki, Gümüşhanəyə 67 kilometr, Bayburta isə 47 kilometr məsafədə, Köse–Bayburt avtomobil yolu üzərində inşa edilən hava limanının infrastruktur işləri tamamlanıb. Onun sözlərinə görə, 3 min metr uzunluğunda və 45 metr enində uçuş-enmə zolağı, 300x120 metr ölçülü perron və 265 metr uzunluğunda taksi yolu artıq hazırdır.