Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    PKK-nın silahları yerə qoyması tarixi qərardır - Hakan Fidan

    12 May 2025 15:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    PKK-nın silahları yerə qoyması tarixi qərardır - Hakan Fidan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin xarici işlər naziri Hakan Fidan, PKK terror təşkilatının özünü buraxması və silahları yerə qoyması barədə qərarını “tarixi və mühüm bir addım” kimi qiymətləndirib.

    AzerVoice xəbər verir ki, Türkiyə, İordaniya və Suriya xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdən sonra mətbuata açıqlama verən Fidan, bölgədə qalıcı sülh və sabitliyin təmin olunması baxımından bu qərarın əhəmiyyətli olduğunu bildirib:

    “Bu qərarın verilməsindən sonra atılacaq praktik addımlar var. Biz bu prosesin davamını da yaxından izləyəcəyik.”

    Nazir qeyd edib ki, Türkiyənin son 20 ildə əldə etdiyi demokratiya, azadlıq, rifah və təhlükəsizlik nailiyyətlərinin bölgəyə də müsbət təsir göstərməsi əsas arzularıdır:

    “Əgər bu qərar səmimi şəkildə həyata keçirilərsə və digər narahatlıqları da aradan qaldıracaq şəkildə tətbiq olunarsa, bu, gələcəyimiz və vətəndaşlarımız üçün çox xeyirli bir addım olacaq.”

    Fidan həmçinin bu qərarın Türkiyənin öz problemini öz ağlı və iradəsi ilə həll edə biləcəyini göstərdiyini vurğulayıb:

    “Bu, xalqımız, bölgəmiz və mənsub olduğumuz sivilizasiya üçün son dərəcə önəmli bir addımdır.”

    Nazir əlavə edib ki, bu məsələ günün ikinci yarısında keçiriləcək Kabinə toplantısında Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə müzakirə olunacaq və ətraflı dəyərləndirmələr ictimaiyyətlə paylaşılacaq.

    Qeyd edək ki, bu gün Terror təşkilatı PKK özünü ləğv etdiyini açıqlayıb.

    #Hakan Fidan #PKK terror təşkilatı #PKK terrorçuları #PKK və YPG hədəfləri #PKK və Türkiyə münaqişəsi #PKK-nın ideoloji təlimləri #PKK-nın gizli fəaliyyətləri #PKK-nın silahları yerə qoyması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    AK Partiya yeni Konstitusiya təşəbbüsünü davam etdirir, referendum planlaşdırılır

    18 İyul 2026 14:24

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    Netanyahu seçkilər yaxınlaşdıqca düşmən axtarır - Hakan Fidan

    10 İyul 2026 20:30

    İran və Türkiyə xarici işlər nazirləri atəşkəs vəziyyətini müzakirə edib

    9 İyul 2026 21:00

    Hakan Fidan ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdü

    8 İyul 2026 12:15

    NATO sammitinin ən çətin mərhələsi Donald Trampı Ankaraya gəlməyə razı salmaq idi - Hakan Fidan

    7 İyul 2026 11:35

    NATO-nun 36-cı Zirvə Toplantısı Ankarada işə başladı

    7 İyul 2026 11:01

    Ərdoğanla Trampın münasibətləri NATO daxilində gərginliyi azalda bilər - Hakan Fidan

    6 İyul 2026 16:11

    Hakan Fidan Tom Barrak ilə regional məsələləri müzakirə etdi

    6 İyul 2026 15:07

    Terrorsuz Türkiyə prosesində hansı yeniliklər var?

    3 İyul 2026 10:23
    XƏBƏR LENTİ

    Suriyalı investorların Türkiyəyə yatırımı 2 milyard lirəni keçib – ÖZƏL

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    Türkiyədə Rusiya kapitallı yeni şirkətlərin sayı artıb – ÖZƏL

    Qazaxıstanda ilk dəfə aerotaksi sınaqdan keçirilir

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

    Heç bir faktor İran-İraq bağlarını poza bilməz - Pezeşkian

    İsrail ordusu Qəzzada 12 futbolçunu öldürüb

    ABŞ Nümayəndələr Palatası 95 milyard dollarlıq paketi təsdiqləyib

    Rubio və Lavrov Manilada görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.