Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyənin ilk açıq hava muzeyi YUNESKO-nun dünya yaddaşında

    8 May 2025 16:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin ilk açıq hava muzeyi YUNESKO-nun dünya yaddaşında
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Türkiyənin ilk açıq hava muzeyi YUNESKO-da qeydə alınıb.

    AzerVoice xəbər verir ki, Osmaniye şəhərindəki Karatepe Aslantaş Açıq Hava Muzeyindəki yazılar, Anadolu və Finikiya dillərinin birgə işlədildiyi nadir nümunələr olaraq YUNESKO-nun Dünya Yaddaş Reyestrinə daxil edilib.

    Vali Erdinç Yılmaz, bu uğurun müxtəlif təşkilatların birgə apardığı araşdırmalar nəticəsində əldə edildiyini vurğuladı. İl Mədəniyyət və Turizm Müdirliyi, Osmaniye Qorqud Ata Universiteti və Qlobal Strateji Araşdırmalar Dərnəyinin birgə tədqiqatları sayəsində Anadolu Hiyeroglifləri ilə Feniki dillərində yazılan açıq hava muzeyindəki yazılar haqqında araşdırmalar aparılıb. Parisdə keçirilən YUNESKO iclasında qəbul edilən qərar ilə Karatepe Aslantaş kitabələri "Karatepe Yazıları" adı ilə Dünya Yaddaş Reyestrinə daxil edilib.

    Vali Yılmaz, bu əhəmiyyətli hadisənin yalnız Osmaniye üçün deyil, bütün Türkiyə üçün böyük bir mədəni irs olduğunu bildirdi və kitabələrin qorunmasının gələcək nəsillər üçün vacib olduğunu vurğuladı. O, bu mədəniyyətin qorunmasını və gələcək nəsillərə ötürülməsini önəmli hesab etdiklərini qeyd etdi.

    Qlobal Strateji Araşdırmalar Dərnəyinin prezidenti Mustafa Çakar, Karatepe Aslantaş kitabələrinin YUNESKO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilməsinin həm Osmaniye, həm də Türkiyə turizmi üçün mühüm bir inkişaf olduğunu və bunun dünya mədəniyyətinə böyük töhfə verəcəyini bildirdi.

    #Türkiyə #UNESCO #Muzeylər #YUNESKO Dünya Mədəni İrs Siyahısı #Türkiyə mədəni irsi #Karatepe Aslantaş Açıq Hava Muzeyi #Türkiyənin ilk açıq hava muzeyi #Mədəni irs və qorunma
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    3 Sentyabr 2026 11:04

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.