Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Birja vergisi bizim gündəmimizdə deyil - Türkiyə prezidenti köməkçisi

    25 Sentyabr 2024 11:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Birja vergisi bizim gündəmimizdə deyil - Türkiyə prezidenti köməkçisi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Birja vergisi bizim gündəmimizdə deyil. Bir müddət müzakirə olundu sonra gündəmimizdən çıxardıq.

    AzerVoice xəbər verir ki, Türkiyə prezidentinin köməkçisi Cevdet Yılmaz birja, inflyasiya məsələləri ilə bağlı verilən sualları cavablandırıb.

    Ümumi vergi dərəcələri ilə bağlı addımların atıldığını xatırladan Yılmaz, "birinci paketə bənzər yeni tənzimləmə olacaqmı?" sualına “bu il üçün belə bir planımız yoxdur”. -deyə cavab verib.

    Bazarlar 2025-ci ildə banklar və maliyyə qurumları tərəfindən keçəcəyi gözlənilən inflyasiya uçotunun təxirə salınıb-salınmayacağı müzakirə edir.

    Yılmaz, "2025-ci ildə maliyyə qurumları inflyasiya uçotuna keçəcəkmi?" sualını cavablayarkən "bu məsələ bir müddət sonra Türkiyənin gündəmindən düşəcək. Ola bilsin ki, gələn il müzakirə oluna bilər, amma bu, 2026-cı ildə gündəmdə olmayacaq”- deyib.

    Bundan əlavə, 50 milyon TL-nin altında olan KOBİ'ler üçün tətbiqin təxirə salındığını xatırladan Yılmaz, investisiyaları qorumaq üçün fəaliyyət göstərdiklərini və lazım gələrsə, payızda bu mövzuda qanuni tənzimləmələr edilə biləcəyini bildirib. O əlavə edib ki, banklarla bağlı qərar ilin sonunda bəlli olacaq.

    Xarici valyutada Dövlət Özəl Tərəfdaşlıq (PPP) layihələrinin həyata keçirilməsinin büdcəyə yük yaratdığı ilə bağlı açıqlama verən Yılmaz bu layihələrin təkcə maliyyə baxımından qiymətləndirilməməsi lazım olduğunu deyib.

    “Türkiyə xərclərin aşağı olduğu vaxtlarda bir çox layihə həyata keçirdik” deyən Yılmaz müqavilələrin Türkiyə Lirəsinə çevrilməsi ilə bağlı hal hazırda layihələrinin olmadığını bildirib.

    TL-nin həddindən artıq dəyərləndiyi ilə bağlı şərhlərə toxunan Yılmaz, “üzən məzənnə rejiminə diqqət çəkərək, "Mərkəzi Bank yalnız manipulyasiya və spekulyativ hadisələrə müdaxilə etməlidir. İnflyasiya ilə mübarizə aparan ölkələrdə milli valyutaların güclənməsi təbii bir nəticədir" deyib.

    Yılmaz, inflyasiya azaldıqca TL-nin bahalaşması ilə bağlı müzakirələrin ortadan qalxacağını bildirib.

    O, həmçinin deyib ki, “Ortamüddətli perspektivdə məqsədimiz həm inflyasiya, həm də faiz dərəcələrini azaltmaqdır”.

    #Türkiyə #Cevdet Yılmaz
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    3 Sentyabr 2026 11:04

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.