Bakı, AzerVoice
Türkiyədə məktəblər "Çanaqqaladan Qəzzaya Vətən Müdafiəsi" dərsi ilə başlayacaq.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Təhsil Naziri Yusuf Tekin 2024-2025-ci tədris ilinin açılışı öncəsi jurnalistlərə verdiyi açıqlamada bildirib.
Bazar ertəsi günü “Təhsil Texnologiyaları TƏ-İN və Keyfiyyət Zirvəsi”-nə qatılan Tekin, jurnalistlərə verdiyi açıqlamada peşə liseyləri açmağı planlaşdırdıqlarını da deyib.
Həmçinin qurduqları 4 yeni məktəb modelindən danışıb. Bildirib ki, bu yeni model məktəblər sayəsində ölkə üzrə fərqli sektorlar üçün yeni kadrlar yetişdirəcəklər.
Ötən həftələrdə qatıldığı bir toplantıda Tekin, “Türkiye Yüzyılı Maarif Modeli” - nin bu ildən tətbiq olunacağını bildirib.
Nazir yeni modelin 1-5 və 9- cu sinifləri əhatə edəcəyini bildirib.
Həmçinin o, Anadolu xalqının və bütün türk millətinin istədiyi təhsil modelini qurduqlarını deyib.
Tekin “Dəyərlərimizlə ümumbəşəri prinsiplərin üst-üstə düşdüyü bir model hazırladıq”-deyə sözlərinə əlavə edib.