Türkiyədə məktəblərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı yeni tədbirlər görüləcək. Türkiyənin milli təhsil naziri Yusuf Tekin Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə məktəblərdə təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində yeni qərarların hazırlandığını bildirib.
#Yusuf Tekin
Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında keçirilən görüşdən sonra, Türkiyənin Qarabağda məktəb inşa etməsi ilə bağlı razılıq əldə olunub. Bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Tekin məlumat verib. Tekin bildirib ki, məktəbin Ağdamda və ya uyğun hesab ediləcək digər bir ərazidə inşası planlaşdırılır.
Türkiyənin Milli Təhsil naziri Yusuf Tekin məcburi təhsil müddətinin qısaldılmasının nəzərdən keçirildiyini bildirib. Nazir Tekin 12 illik məcburi təhsil müddətinə yenidən baxmağı planlaşdırdıqlarını açıqlayıb.
COP29 çərçivəsində bir sıra görüşlərimiz baş tutacaq, indi isə COP29-dakı Türkiyənin "Sıfır Tullantı" mövzusunda hazırlanan stendini ziyarət etdik. Bu qədər böyük bir tədbirin qardaş ölkə Azərbaycanda keçirilməsi və bu konfransı yüksək səviyyədə təşkil etməsi bizi sevindirir.