Bakı,AzerVoice
Türkiyə Afinaya təsir edən yanğınlarla mübarizə aparan Yunanıstanı dəstəkləmək üçün iki yanğınsöndürən təyyarə və bir helikopter göndərib.
AzerVoice xəbər verir ki, təyyarə və helikopterlər Afina Eleftherios Venizelos Beynəlxalq Hava Limanına çatıb.
Varnavada başlayan və güclü külək səbəbiylə Attikanın müxtəlif bölgələrinə yayılan yanğınla əlaqədar Türkiyə Yunanıstana yardım təklif edib.
Baş verən yanğınlarda hələki bir nəfər ölüb.
Qeyd edək ki, Yunanıstanın paytaxtı Afinanın şərqindəki Varnava bölgəsində baş verən yanğınla əlaqədar doqquz kənd və iki xəstəxana boşaldılıb.
Yunanıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada Nea Makri və Kapandritiosdakı sağlamlıq mərkəzləri ilə Afinadakı bəzi xəstəxanaların yanğın səbəbiylə artan sağlamlıq ehtiyacları səbəbiylə yüksək hazırlıq vəziyyətində olduğu açıqlanıb.
Meteoroloqlar və hökumət rəsmiləri cümə axşamına qədər hava şəraiti ilə əlaqədar meşə yanğınlarının artması ilə bağlı vətəndaşlara xəbərdarlıq edib