Bakı. AzerVoice :
Türkiyə 21-ci əsr vizyonumuzla daha şəffaf və hesabat verə bilən bir dövlət strukturunu gücləndirməliyik.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dövlət qulluqçularının etik hazırlığı ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı danışıb. "Vətəndaşlara yuxarıdan aşağı baxan, qaydaları vətəndaşlar üçün keçərli kimi görüb də özünü qaydaların fövqündə zənn edən bir anlayış tariximizin qaranlıq səhifələrində qalmışdır. Biz hər hansı bir şəkildə belə bir anlayışın tərəfdarı deyilik və dövlət ənənəmiz və mədəniyyətimiz də bu yanaşmadan son dərəcə uzaqdır. Bu səbəbdən Türkiyə 21-ci əsr vizyonumuzla daha şəffaf və hesabat verə bilən bir dövlət strukturunu gücləndirməkdə qərarlıyıq" -deyə o bildirib.
Vitse-prezident Yılmaz dövlət məmurlarının öz şəxsi maraqlarını bir kənara qoyaraq cəmiyyətin mənafeyi uğrunda çalışmalı olduqlarını vurğulayaraq, dövlət idarəçiliyində etik prinsiplərin, dürüstlük, tərəfsizlik, qərəzsizlik, hesabatlılıq, şəffaflıq və cəmiyyətin ehtiyacları ilə maraqlanma kimi təməl prinsip və dəyərləri ehtiva etdiyini söyləyib.