Bakı. AzerVoice:
Slovakiya baş nazirinə edilən sui-qəsd demokratiya üçün təhlükəlidir.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.
“Slovakiyanın Baş naziri cənab Robert Ficoya edilən iyrənc hücumdan çox kədərlənirəm.Bu sui-qəsd birbaşa demokratiya üçün təhlükədir. Belə aksiyalara heç bir cəmiyyətdə yer olmamalıdır.” – deyə o qeyd edib.
Yılmaz ölkəsində qatıldığı tədbirdə silahlı hücuma məruz qalan Slovakiyanın baş naziri Robert Ficoya tezliklə sağalmasını arzulayıb.
Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Ficoya sui-qəsd edilib.
Hücumdan dərhal sonra nazir xəstəxanaya yerləşdirilib.
Hafiz Rufizoğlu