Bakı. AzerVoice:
İstanbul Respublika Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı PKK tərkibində fəaliyyət göstərdiyi müəyyən edilən 25 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
AzerVoice xəbər verir ki, İstanbulda terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatda 21 şübhəli saxlanılıb.
Məlumata əsasən, dörd şübhəlinin axtarışı davam edir.