Bakı. AzerVoice:
İstanbulda aparılan istintaq çərçivəsində FETÖ/PDY Silahlı Terror Təşkilatının hərbi strukturuna qarşı yeni əməliyyat keçirilib.
AzerVoice xəbər verir ki, əməliyyat Türkiyənin 15 vilayətində keçirilib.
Məlumata əsasən, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində FETÖ/PDY Silahlı Terror Təşkilatının hərbi strukturu üçün hərbi məktəbə qəbul imtahanlarında təşkilat üzvlərinə üstünlük verilməsi məqsədilə 13 şübhəli saxlanılıb.