Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyədə Boluda baş verən yanğında zərər çəkənlərin sayı 50-i keçib

    21 Yanvar 2025 16:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə Boluda baş verən yanğında zərər çəkənlərin sayı 50-i keçib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya, Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, Əmək və Sosial Müdafiə Naziri Vedat Işıkhan, Səhiyyə Naziri Kamal Memişoğlu və Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır Boluda oteldə baş verən yanğınla tanış olublar.

    AzerVoice xəbər verir ki, Ali Yerlikaya hadisədən sonra verdiyi açıqlamada həyatını itirənlərin sayının 66 nəfərə, yaralıların sayının isə 51 nəfərə çatdığını bildirib.

    Nazir, faciənin millət üçün dərin kədər doğurduğunu vurğulayaraq, "Əziz dostlar, millət olaraq çox ağrıyırıq. Təəssüflər olsun ki, yanğında 66 nəfərimiz həyatını itirdi, 51 nəfərimiz yaralandı. Müdaxilə otelin arxa tərəfi üzərindən aparıldığı üçün öndən və yandan müdaxilə edilib və hazırda məhkəmə istintaqı başladılıb." - deyə bildirib.

    Səhiyyə Naziri Kamal Memişoğlu yaralıların vəziyyəti ilə bağlı məlumat verərək qeyd edib ki, yaralılardan birinin vəziyyəti ağırdır. "66 vətəndaşımızın həyatını itirdiyi yanğında 51 yaralı var, onlardan birinin vəziyyəti ağırdır. Digərlərinin vəziyyəti yaxşıdır, 17 yaralımızı artıq evə göndərmişik " - deyə o bildirib.

    Faciə ilə bağlı məhkəmə istintaqı başladılıb və hadisənin dəqiq səbəbləri araşdırılır.

    11:45

    Türkiyədə Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın nəticəsində 10 nəfər həyatını itirib, 32 nəfər isə yaralanıb.

    AzerVoice xəbər verir ki, Boluda 12 mərtəbəli oteldə baş verən yanğın qısa müddətdə bütün oteli bürüyüb.

    Yanğın səbəbindən otel sakinləri təxliyə edilib, hazırda genişmiqyaslı yanğınsöndürmə işləri davam etdirilir.

    Bölgəyə çox sayda xilasetmə, sağlamlıq və UMKE qrupları, həmçinin helikopterlər göndərilib. Bolu valisi Əbdüləziz Aydın, hadisənin yerli vaxtla saat 03:30 radələrində baş verdiyini və təxminən 234 qonağın qaldığı otelin restoran mərtəbəsində başladığını açıqlayıb.

    Daxili İşlər Naziri Ali Yerlikaya yanğının söndürülməsi üçün 267 nəfərdən ibarət çoxsaylı dövlət qurumlarının iştirak etdiyini bildirib. Ölənlərin sayının 10-a çatdığı və yaralıların sayının 32-yə yüksəldiyi təsdiq edilib. Yaralıların əksəriyyətinin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağırdır.

    Bolu Kartalkayadakı yanğınla bağlı araşdırmalar davam edir və 4 baş müfəttiş təyin edilib. Ədliyyə Naziri Yılmaz Tunc, hadisə ilə bağlı məhkəmə istintaqının başladığını açıqlayıb və 6 dövlət ittihamçısının təyin edildiyini bildirib. Həmçinin, 5 nəfərdən ibarət ekspert komissiyası da yaradılıb.

    Təxliyə edilən digər otel qonaqları təhlükəsiz bölgəyə köçürülüb, sahə xəstəxanası yaradılıb və yaralılar burada müalicə olunur.

    #Türkiyə #yanğın #Bolu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    İranın hücumları Küveytdə yanğınlara səbəb olub, yaralananlar var

    18 İyul 2026 20:39

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    17 İyul 2026 22:11

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22
    XƏBƏR LENTİ

    İran yenidən Küveytin enerji və su infrastrukturunu hədəfə alıb

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

    Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

    Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

    Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək

    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb

    Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub

    Prezident İlham Əliyev: Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.