#Bolu

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya Qış İstirahət Mərkəzində baş vermiş və 78 nəfərin həyatını itirdiyi, 137 nəfərin isə yaralandığı faciəvi yanğınla bağlı məhkəmə qərarı elan olunub. Məlumata görə, Grand Kartal Otelində baş verən yanğınla bağlı davam edən məhkəmə prosesində otelin sahibi Halit Ergül də daxil olmaqla 11 nəfər təqsirli bilinib. Məhkəmə onların hər birinə ağırlaşdırılmış ömürlük həbs cəzası verib.

Bolu şəhər səhiyyə idarəsi, Gərədə rayonunda Sağlamlıq Mərkəzi və 112 Təcili Yardım Stansiyası xidmət binasının tikintisi ilə bağlı tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 400 gün təşkil edir.