Bakı,
AzerVoice
Türkiyədə Mərkəzi İstanbul olmaqla, 7 vilayətdə eyni vaxtda
keçirilən əməliyyatda 19 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, İstanbul
Terrorla Mübarizə Şöbə Müdirliyinin həyata keçirdiyi əməliyyat
nəticəsində FETÖ-nün məxfi strukturlarına qarşı genişmiqyaslı
tədbir görülüb.
Texniki və fiziki təqib nəticəsində müəyyən edilib ki, FETÖ-nün
məxfi əməkdaşları təşkilatın imtahanlarına hazırlaşmaq üçün
şəxsləri qurumun qondarma "iş evləri"nə yerləşdiriblər. Həmçinin
şübhəlilər haqqında ifadələr və vaxtaşırı ardıcıl telefon
danışıqları ilə bağlı qeydlər əldə edilib.
Əməliyyat çərçivəsində gəlirlər üzrə ekspert, vergi müfəttişi və
immiqrasiya eksperti də daxil olmaqla şübhəlilərin saxlanıldığı
bildirilib.