Türkiyənin Sahil Mühafizə Komandanlığının yaydığı məlumata görə, hadisə iyunun 5-də Krım yarımadasının qərb hissəsində, Sevastopol sahilləri yaxınlığında baş verib. Türkiyə bayraqlı "Duru 67" adlı balıqçı gəmisinə hücum edilib. Hücum nəticəsində gəmi ciddi zədələnərək batıb.
Türk Dövlətləri
Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin paytaxtı Dəkkədə Banqladeş xarici işlər naziri Xalilur Rəhman ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında çıxış edərək rohinya müsəlmanları probleminin uzunmüddətli, ədalətli və dayanıqlı şəkildə həll olunması üçün Ankara tərəfindən beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq aparıldığını bildirib.
Rəsmi statistikaya əsasən, ümumi istehsalın 33,4 faizi dəniz balıqlarının ovlanması, 3,1 faizi digər dəniz məhsullarının ovlanması, 3,1 faizi daxili su hövzələrindən əldə olunan məhsullar, 60,4 faizi isə akvakultura yolu ilə istehsal olunan məhsulların payına düşüb.
Rəsmi statistikaya əsasən, qiymətlər ötən ilin dekabr ayı ilə müqayisədə 16,61 faiz yüksəlib. Son on iki aylıq orta göstərici üzrə inflyasiya isə 32,24 faiz olaraq qeydə alınıb. Açıqlanan inflyasiya göstəriciləri dövlət qulluqçularının əməkhaqlarına, pensiyalara, minimum əməkhaqqına ediləcək mümkün artımlara, eləcə də kirayə bazarına təsir göstərə biləcək əsas iqtisadi göstəricilərdən biri hesab olunur.
Rəcəb Tayyib Ərdoğan və Nijer Prezidenti Abdurrahman Tchiani arasında görüşlərdə Afrika ölkələri ilə əlaqələrin inkişafı, kənd təsərrüfatı, enerji, təhlükəsizlik, savunma sənayesi, təhsil, səhiyyə və infrastruktur sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Görüşlərdə Dostluq Xəstəxanası və Dostluq Məktəbi layihələrinin regiona töhfəsi, qadınların səhiyyə imkanlarının artırılması, təhlükəsizlik və terrora qarşı birgə mübarizə məsələləri diqqət mərkəzində olub.
Türkiyənin xarici işlər naziri Hakan Fidan rəsmi səfər çərçivəsində Cənubi Koreyanın paytaxtı Seulda bu ölkənin xarici işlər naziri Cho Hyun ilə görüşüb. Diplomatik mənbələrin məlumatına görə, tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Səfər çərçivəsində Hakan Fidan Seul şəhərində yerləşən Koreya Respublikasının Hərbi Memorialı kompleksini də ziyarət edərək abidə önünə əklil qoyub.
Türkiyədə əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu partiyaya bağlı bələdiyyələrdə şəffaflığın artırılması və mümkün qanun pozuntularının qarşısının alınması məqsədilə yeni nəzarət mexanizminin yaradılması barədə göstəriş verib. Partiya rəhbərliyinin qərarına əsasən, Cümhuriyyət Xalq Partiyasının nəzdində Etika Şurası formalaşdırılacaq. Yeni qurum partiyanın idarə etdiyi bütün bələdiyyələrin fəaliyyətini nəzarətdə saxlayacaq və mümkün qanun pozuntuları ilə bağlı araşdırmalar aparacaq.
Türkiyədə işsizlik səviyyəsi 2026-cı ilin aprel ayında əvvəlki ayla müqayisədə artıb. Türkiyə Statistika Qurumunun açıqladığı əmək bazarı göstəricilərinə əsasən, ölkədə işsizlik səviyyəsi aprel ayında mart ayı ilə müqayisədə 0,1 faiz bəndi yüksələrək 8,2 faizə çatıb. Məlumatda bildirilir ki, 15 və daha yuxarı yaş qrupuna daxil olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 5 min nəfər azalaraq 2 milyon 868 min nəfər təşkil edib.
Türkiyədə qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 2026-cı ilin 28 may tarixinədək ümumilikdə 55 min 970 qeyri-qanuni miqrant saxlanılıb. Təkrarlanan hallar çıxıldıqdan sonra isə bu göstərici 51 min 807 nəfər təşkil edib.
Türkiyədə aparılan yeni araşdırma ölkənin demoqrafik mənzərəsinə fərqli prizmadan baxmağa imkan verib. Tədqiqat zamanı insanların hazırda yaşadıqları şəhərlər deyil, rəsmi qeydiyyatda olduqları doğma şəhərlər əsas götürülərək 81 vilayətin “real əhali potensialı” hesablanıb.
Ankarada keçirilən beynəlxalq simpoziumda Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub. Tədbir TÜRKSOY, “EkoAvrasiya” Fondu, TÜRKSİT və POLSAM təşkilatçılığı ilə baş tutub, diplomatlar, deputatlar, alimlər və ekspertlər iştirak ediblər. Müzakirələrdə Türk Dövlətləri Təşkilatının əhəmiyyəti, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və təhsil sahələrindəki imkanlar vurğulanıb. Eyni zamanda vətəndaş cəmiyyətinin rolu, ortaq türk əlifbası və birgə gələcək perspektivləri müzakirə olunub. Tədbirdə iştirakçılar Türk dünyasının birliyinin möhkəmləndirilməsinin regional və qlobal əhəmiyyətini önə çəkiblər.
Türkiyə ilə İndoneziya arasında siyasi və iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində yeni addımlar atılır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Cakartaya səfəri çərçivəsində İndoneziya Prezidenti Prabovo Subianto ilə keçirdiyi görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.