Türk Dövlətləri

Türkiyə beynəlxalq sabitləşdirmə səylərinə töhfə verməyə hazırdır və iki dövlət prinsipinə əsaslanan ədalətli və davamlı bir sülhün əldə edilməsini dəstəkləməyə davam edəcək. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib. Fidan qeyd edib ki, kollektiv diplomatik səylərə baxmayaraq, humanitar vəziyyət kövrək olaraq qalır və atəşkəs pozuntuları davam edir.

Türkiyənin Milli Müdafiə Nazirliyi Yunanıstanın Krit adasının cənubunda həyata keçirdiyi hidrokarbon fəaliyyətləri ilə bağlı açıqlama verib. Nazirlikdən bildirilib ki, 2019-cu ildə Türkiyə ilə Liviya arasında imzalanmış “Dəniz Səlahiyyət Zonalarına dair Anlaşma Memorandumu”na və Liviyanın 27 may 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyi dəniz səlahiyyət zonalarına zidd şəkildə aparılan fəaliyyətlər qanunsuz hesab olunur.

Türkiyənin müdafiə sənayesi çərçivəsində hazırlanmış 12,7 mm uzaqdan idarə olunan silah sistemi quru platformalarından sonra dəniz platformalarında da təhlükəsizlik qüvvələrinin istifadəsinə təqdim olunub. SARSILMAZ şirkətinin yaydığı məlumata görə, ARES Tərsanəsi və Meteksan Müdafiə tərəfindən hazırlanmış Türkiyənin pilotsuz silahlı dəniz vasitəsi (SİDA) ULAQ İstanbul Tərsanəsi Komandanlığında keçirilən “Dəniz platformalarının xidmətə qəbul edilməsi, bayraq qaldırma və ilk sac kəsmə” mərasimi çərçivəsində təhvil verilib. Mərasimdə Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak edəcək. Hakan Fidan toplantıya Rəcəb Tayyib Ərdoğan-ı təmsil edərək qatılacaq. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin təsisçi üzvlərindən olduğu Sülh Şurasının ilk iclasında nazir regional sülh və Qəzzanın gələcəyi ilə bağlı Ankaranın prinsipial mövqeyini beynəlxalq ictimaiyyətə çatdıracaq.

NATO-nun “Steadfast Dart 2026” təlimi çərçivəsində TCG ANADOLU gəmisində yerləşdirilən Bayraktar TB3 silahlı pilotsuz uçuş aparatı Baltik dənizində sərt hava şəraitində uçuş nümayişini uğurla başa vurub. NATO-nun ən böyük təlimlərindən biri olan “Steadfast Dart 2026” zamanı hava temperaturunun -5 dərəcəyə qədər endiyi, güclü qar və şiddətli küləyin müşahidə olunduğu şəraitdə Bayraktar TB3 uçuş icra edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasını (CHP) tənqid edərək siyasi mübarizəni qətiyyətlə davam etdirəcəklərini bildirib. Onun sözlərinə görə, belə şəraitdə siyasətçinin geri addım atmaması, səbirli və prinsipial mövqe sərgiləməsi vacibdir. Prezident vurğulayıb ki, “geri addım atmaq yoxdur, dik duracağıq, lakin dikbaşlıq etməyəcəyik. Amma CHP-yə də meydanı buraxmayacağıq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı mümkün hərbi eskalasiyanın region üçün ciddi risklər yaradacağını bildirib. Türkiyə lideri qeyd edib ki, son olaraq İran Prezidenti ilə görüş keçirib, növbəti gün isə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar aparıb. Bu təmaslarda regional gərginliyin azaldılması və mümkün diplomatik yol xəritəsi müzakirə olunub.

2025-ci ilin son rübündə Türkiyədə işsizlik səviyyəsi azalma nümayiş etdirib. Türkiyə Statistika Qurumunun açıqladığı 2025-ci ilin oktyabr-dekabr aylarını əhatə edən məlumatlara əsasən, işsizlik səviyyəsi əvvəlki rüblə müqayisədə 0,2 faiz azalaraq 8,2 faiz təşkil edib. Beləliklə, işsizlik göstəricisi ardıcıl olaraq 12 rübdür birrəqəmli səviyyədə qalıb. Məlumata görə, 15 və yuxarı yaşda olan əhali arasında mövsümi təsirlərdən təmizlənmiş işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə enib. İşsizlik səviyyəsi illik müqayisədə də 0,3 faiz bəndi azalıb.

Ankarada terror təşkilatı İŞİD və FETÖ-yə qarşı aparılan iki ayrı istintaq çərçivəsində 4 şübhəli və 6 axtarışda olan məhkum saxlanılıb. Ankara Respublika Baş Prokurorluğu Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar zamanı **İŞİD** tərkibində fəaliyyət göstərdikləri və münaqişə bölgələri ilə əlaqə saxladıqları müəyyən edilən İraq vətəndaşı 4 nəfərin saxlanıldığı bildirilib.

ROKETSAN Türkiyənin milli raket və sursat layihələrində iştirak edən 15 kiçik və orta sahibkarlıq subyektini beynəlxalq arenada təqdim edib. Şirkət Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən World Defense Show sərgisində strateji tərəfdaşları ilə birlikdə iştirak edərək formalaşdırdığı sənaye ekosistemini nümayiş etdirib. Bu addım alt podratçıların da qlobal bazara çıxışını hədəfləyir.