Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi - TÜRKSAI yaradılıb

    24 Noyabr 2025 15:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi - TÜRKSAI  yaradılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin (TÜRKSAI) yaradılması ilə bağlı keçirilmiş toplantıda iştirak etmək məqsədilə İstanbul şəhərinə səfər edib.

    AzerVoice xəbər verir ki, toplantının açılışında çıxış edən Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Metin Yenər türk dünyasının artan siyasi və iqtisadi nüfuzunun ali audit orqanlarının məsuliyyətini daha da artırdığını, eləcə də ortaq auditlərin əhəmiyyətini vurğulayıb. Metin Yenər ortaq keçmişə, köklərə və dəyərlərə malik ölkələrin audit orqanları arasında əməkdaşlığın yeni yaradılan Birlik çərçivəsində daha da güclənəcəyinə inamını bildirib.

    Daha sonra tədbirdə iştirak edən ali audit orqanlarının rəhbərləri çıxış ediblər.

    Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında toplantının peşəkar təşkilinə görə Türkiyə Hesablama Məhkəməsinin rəhbərliyinə təşəkkürünü ifadə edib. O, Türk Dövlətləri Təşkilatının bu gün yalnız mədəni və iqtisadi əməkdaşlıq platforması deyil, həm də qlobal arenada formalaşan real güc mərkəzi olduğunu qeyd edib. Sədr türkdilli ölkələrin eyni coğrafiyanın, eyni mədəniyyətin və ortaq tarixin mirasçıları olduğunu vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib. Bununla yanaşı, təşkilatın fəaliyyətində vacib hesab etdiyi bir sıra istiqamətləri toplantı iştirakçılarının nəzərinə çatdırıb.

    Tədbirin yekununda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ali audit orqanlarının rəhbərlərinin iştirakı ilə Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi (TÜRKSAI) yaradılıb. Yeni qurumun Təsis Bəyannaməsi beş ölkənin ali audit orqanlarının rəhbərləri tərəfindən imzalanıb.

    #Türk Dövlətləri Təşkilatı (TDT) #Türk dövlətləri #Türk dünyası #TÜRKSAI Birliyi #Ali audit qurumları əməkdaşlığı #Dövlət audit orqanları #Türk dünyası inteqrasiyası #Hesablama Palatası Azərbaycan #Türkiyə Hesablama Məhkəməsi #Türk dövlətləri arasında təcrübə mübadiləsi #Türk dünyasının iqtisadi güclənməsi #Hesablama Palatasının beynəlxalq əməkdaşlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb

    23 İyun 2026 18:16

    Türk dünyasında rəqəmsal inteqrasiya güclənir

    23 İyun 2026 16:45

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib

    22 İyun 2026 13:49

    Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib

    20 İyun 2026 20:23

    Azərbaycan və Türk İnvestisiya Fondu arasında investisiya perspektivləri müzakirə olunub

    16 İyun 2026 19:43

    DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib

    16 İyun 2026 12:44

    Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur

    10 İyun 2026 10:21

    Türk dünyasında iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi mövzusu müzakirə olunub

    3 İyun 2026 20:02

    TDT baş katibinin müavini Özbəkistanda yeni vəzifəyə təyin edildi

    30 May 2026 11:05

    İstanbulun fəthi xristian dünyasında necə qarşılandı?

    29 May 2026 06:00

    TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır

    16 May 2026 10:31
    XƏBƏR LENTİ

    Antalya Hava Limanında sərnişin axını 13 milyonu ötüb (ÖZƏL)

    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

    Türkiyənin Ankara Esenboğa Hava Limanında sərnişin axını 7 faiz artıb (ÖZƏL)

    İranda saxlanılan ABŞ vətəndaşı azad edilib - Donald Tramp

    Tehran ABŞ-ın mümkün hücumuna sərt cavab veriləcəyini bəyan edib

    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 23 milyondan çox sərnişin (ÖZƏL)

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.