#Ali audit qurumları əməkdaşlığı

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin (TÜRKSAI) yaradılması ilə bağlı keçirilmiş toplantıda iştirak etmək məqsədilə İstanbul şəhərinə səfər edib. Toplantının açılışında çıxış edən Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Metin Yenər türk dünyasının artan siyasi və iqtisadi nüfuzunun ali audit orqanlarının məsuliyyətini daha da artırdığını, eləcə də ortaq auditlərin əhəmiyyətini vurğulayıb. Metin Yenər ortaq keçmişə, köklərə və dəyərlərə malik ölkələrin audit orqanları arasında əməkdaşlığın yeni yaradılan Birlik çərçivəsində daha da güclənəcəyinə inamını bildirib.