Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısının Yekun Bəyannaməsi qəbul olunub

    25 İyun 2025 16:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısının Yekun Bəyannaməsi qəbul olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı keçirilib.

    Kənd Təsərrüfatı Nazirliyindən AzerVoice-ə verilən məlumata görə, nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti toplantıda iştirak edib.

    Bildirilib ki, Qırğız Respublikasının Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev və TDT Baş katibi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.

    Tədbiri giriş sözü ilə açan Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev TDT ölkələri arasında aqrar sahədə ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu vurğulayıb.

    Qlobal iqlim dəyişikliyinin aqrar aqro-ərzaq sistemləri və ərzaq təhlükəsizliyinin təmin olunması prosesinə ciddi risklər yaratdığını vurğulayan nazir Məcnun Məmmədov, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub. O bildirib ki, Azərbaycan bu beynəlxalq tədbiri uğurla təşkil edib, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi də daxil olmaqla bir sıra mühüm beynəlxalq təşəbbüslər qəbul olunub. Nazir COP29-da yüksək səviyyədə təmsil olunduğuna görə TDT ölkələrinə təşəkkürünü ifadə edib.

    Səmərəli kənd təsərrüfatı diplomatiyasını qlobal aqro-ərzaq sisteminin üzləşdiyi çoxsaylı çağırışları və təhdidləri aradan qaldırmaq üçün mühüm vasitə adlandıran nazir Məcnun Məmmədov əlavə edib ki, TDT ölkələri arasında ticarət əlaqələri daha da möhkəmləndirilməli və ölkələrimizin əsas kənd təsərrüfatı məhsullarının aparıcı ixracatçılarına çevrilməsi üçün birgə səylər artırılmalıdır. O, vurğulayıb ki, TDT ölkələrinin müasir nəqliyyat infrastrukturu, zəngin enerji resursları, azad iqtisadi zonaları və əlverişli investisiya mühiti biznes icmalarının uğurlu fəaliyyəti üçün əhəmiyyətli üstünlüklər yaradır. Bu il Türk İnvestisiya Fondunun rəsmi fəaliyyətə başlaması gözlənilir. Bunu əsas gətirən nazir Məcnun Məmmədov qeyd edib ki, Fondun imkanlarından aktiv istifadə edərək TDT brendi altında birgə istehsala yönəlmiş pilot layihələr həyata keçirilməlidir.

    Nazirlər Toplantısında müasir çağırışlar fonunda məhsuldarlığın artırılması və dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.

    Öncədən müəyyən edilən meyarlar əsasında 2025-ci ilin sentyabr ayından etibarən Qırğız Respublikasının Çolpon-Ata şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı elan edilib. TDT Kənd Təsərrüfatı Nazirlərinin növbəti toplantısının Türkiyədə keçirilməsi barədə razılıq əldə olunub, Kənd Təsərrüfatı üzrə İşçi Qrupunun 2026-cı il üçün xüsusi Fəaliyyət Planı hazırlamasına qərar verilib.

    Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısının Yekun Bəyannaməsi qəbul olunub. Sənəddə aqro-ərzaq sisteminin dayanıqlığının təmin olunması, aqrar sahədə innovasiyaların tətbiqinin genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və su resurslarının səmərəli idarə olunması, biomüxtəlifliyin qorunması, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi, TDT çərçivəsində kənd təsərrüfatı kooperasiyası fəaliyyətlərinin həyata keçirilməsinə dəstək və digər sahələr TDT-yə üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilib.

    #TDT #Türk Dövlətləri Təşkilatı (TDT)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    24 Avqust 2026 10:02

    TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir

    14 Avqust 2026 12:09

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    23 İyul 2026 11:42

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir

    29 İyun 2026 18:47

    TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət ediblər

    29 İyun 2026 12:55

    Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

    24 İyun 2026 19:59

    Türk dünyasında rəqəmsal inteqrasiya güclənir

    23 İyun 2026 16:45

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib

    22 İyun 2026 13:49

    Nazir Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

    18 İyun 2026 18:31

    DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib

    16 İyun 2026 12:44

    TDT baş katibinin müavini Özbəkistanda yeni vəzifəyə təyin edildi

    30 May 2026 11:05
    XƏBƏR LENTİ

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.