Bakı. AzerVoice:
Türkiyəni yüksək texnologiyalı istehsal bazasına çevirəcəyik.
AzerVoice-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Uraloğlu, 5G infrastrukturları üçün mühüm əhəmiyyət kəsb edən 5G əsas şəbəkəsi, 5G baza stansiyası, 5G-yə xüsusi idarəetmə, xidmət və proqram məhsulları hazırladıqlarını bildirib.
"Yerli istehsalla yüksək texnologiyalı qlobal markaları bazara çıxaracağıq. Ölkəmizi yüksək texnologiyalı istehsal bazasına çevirəcəyik. Üstəlik, telekommunikasiya mərkəzi olma yolunda sürətlə irəliləyərkən, indi də bu istiqamətdə mühüm addımlar atırıq. Peyk və kosmos texnologiyaları sahəsində mühüm fəaliyyətlər həyata keçiririk. Ölkəmizin insanlı kosmos missiyasında ilk dəfə bir türk astronavtı kosmosa göndərməklə həm aviasiya, həm də kosmos araşdırmalarımız baxımından çox əhəmiyyətli bir dövr yaşayırıq. Astronavtımız Alper Gezeravcı 13 fərqli sahədə kosmosda elmi işlərimizə öncülük etdi və yepyeni inkişafların qapılarını açdı",- deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyənin Türksat 6A rabitə peyki, 2024-cü ildə orbitə göndəriləcək.
Aytac Süleymanova
Twitter: a_alieva_