#Rusiyanın Ukrayna ilə müharibəsi 2025

Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 28 faizi bu addımı doğru hesab etdiyini bildirib. İsrail ictimaiyyətində Trampın bu qərarına qarşı yaranan narazılıq, Tehranın vaxt qazanması və regional gərginliyin qeyri-müəyyən qalması ilə bağlı narahatlıqlardan qaynaqlanır. Bir çox israilli İranın bu müddət ərzində öz qüvvələrini yenidən qruplaşdırmasından və əks-hücuma hazırlaşmasından ehtiyat edir.

Ukrayna Prezidenti Volodimir Zelenski İngiltərə və Fransanın nüvə silahı verməsi ehtimalı ilə bağlı danışarkən, belə bir təklif almadıqlarını, lakin təklif olunarsa, bunu məmnuniyyətlə qəbul edəcəklərini bildirib. O, Rusiyanın bu mövzudakı ittihamlarının əsassız olduğunu qeyd edib. Cəbhədəki vəziyyəti dəyərləndirən Zelenski, itirilmiş torpaqları geri almağın hazırda böyük insan itkisi hesabına başa gələcəyini, lakin bu ərazilərdən imtina etməyəcəklərini vurğulayıb. Prezidentin sözlərinə görə, əsgərlərin geri çəkilməsi Rusiyanın daha 200 min insanı əsir götürməsi və qətlə yetirməsi deməkdir. O, bu bölgələrin həm Ukraynanın müdafiə xətti, həm də "qırmızı xətti" olduğunu deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə müharibənin dayandırılması istiqamətində davam edən səyləri müzakirə etdiklərini bildirib. Zelenski sosial media hesabındakı paylaşımında Tramp ilə telefon danışığı apardığını qeyd edib. Telefon danışığında ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun, Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak etdiyini vurğulayan Zelenski, Vitkoff və Kuşnerin bu gün İsveçrənin Cenevrə şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə görüşəcəklərini xatırladıb.

ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumu çərçivəsində mübahisəli "Sülh Şurası" layihəsini təqdim etməyə və Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyə hazırlaşır. Tramp bir müddət əvvəl Danimarkaya məxsus Qrenlandiyanı hərbi güclə almaq təhdidlərindən geri çəkildiyini və Avropaya qarşı gömrük tariflərini ləğv etdiyini açıqlayaraq gərginliyi qismən azaldıb. İsveçrənin xizək kurortunda keçirilən forumun ikinci günündə ABŞ lideri beynəlxalq münaqişələrin həlli üçün nəzərdə tutulan Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimini keçirəcək. Daimi üzvlük üçün 1 milyard dollar ödəniş tələb edən bu quruma Rusiya, İsrail, Macarıstan və Misir kimi ölkələrin liderləri artıq dəvət olunublar. Tramp Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə bu şuranın tarixdəki ən güclü platforma olacağını iddia edib.

İspaniya Baş naziri Sançez Ukrayna, Qəzzanın və Venesuelanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bildirib. Bu barədə İspaniya Baş naziri Pedro Sançez sosial mediada hesabında paylaşım edib. "Bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət müzakirə mövzusu olmayan bir prinsipdir. Ukraynadan Qəzzaya, o cümlədən Venesuelaya qədər". - deyə Sançez qeyd edib. ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın "çox strateji" bir yer olduğu və ölkəsinin bu bölgəyə milli təhlükəsizlik səbəbləri ilə ehtiyac duyduğu barədə açıqlamasına cavab olaraq Sançez bildirib ki, "İspaniya həmişə Birləşmiş Millətlər Təşkilatına fəal şəkildə sadiq qalacaq və Danimarka və Qrenlandiya xalqları ilə tam həmrəylik nümayiş etdirəcək".

Ukrayna Prezidenti Vladimir Zelenski sabah ABŞ Prezidenti Donald Trampla müharibəyə son qoymaq üçün çərçivə sazişi barədə razılığa gəlməyə ümid etdiyini və Trampın sülh planının Rusiya ilə atəşkəs şərti ilə ümumxalq referendumuna çıxarıla biləcəyini söylədi. Amerika xəbər platforması Axios-a danışan Zelenski Ukrayna ilə ABŞ arasında ikitərəfli sazişlərin əsasən formalaşdığını, beş sənəd şəklində tərtib edildiyini və lazım gələrsə altıncı sənədin əlavə oluna biləcəyini bildirdi.

Gülümsəyən və hərbi formada olan gənc iraqlı Məhəmməd İmadın son TikTok videosu ağır texnika izləri ilə dağıdılmış bir sahədə çəkilmişdi. Arxa tərəfdə tüstü qalxırdı. Video ilə yanaşı “Mənə dua edin” sözləri və Rusiya bayrağı yerləşdirilmişdi. Bu, may ayında olub. Ondan sonra aylarla heç bir xəbər gəlmədi Məhəmməd İmaddan. Sadəcə şayiələr dolaşdı: Məhəmməd əsir alınıb, yaralanıb, xəstələnib və ya Ukraynanın pilotsuz uçuş aparatının zərbəsi ilə öldürülüb.

Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılan ABŞ nümayəndə heyətinin Moskvaya gəldiyi bildirilir. Ukraynada 2022-ci ilin fevral ayından bəri davam edən müharibəyə son qoymaq üçün Rusiya ilə diplomatik təmasları davam etdirən ABŞ Moskvaya nümayəndə heyəti göndərib. Nümayəndə heyətinə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir. Nümayəndə heyətinə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir.