İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 76 nəfər artaraq 62 min 895 nəfərə çatıb. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar açıqlanıb. Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 76 nəfərin nəəşi və 298 yaralı çatdırılıb. İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bəri davam etdirdiyi hücumlar zamanı 11 min 50 fələstinlinin həyatını itirdiyi, 46 min 886 nəfərin isə yaralandığı bildirilib.
#Misir və Səudiyyə Qəzza planı
İsrailin davam edən hücumları və mühasirəsi səbəbindən dərin humanitar böhran yaşanan Qəzza zolağında aclıq səbəbilə ölüm halları artır. Son 24 saat ərzində 2-si uşaq olmaqla 10 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirib. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb. Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 313 nəfərə yüksəlib. Onlardan 119-u uşaqlardır.
Qəzza zolağında vəziyyətin gərginləşməsindən bəri Misir zaman-zaman müxtəlif hərbi siqnallar göndərir. Bu addımlarla ölkə öz milli təhlükəsizliyinə qarşı istənilən təcavüzü dəf etməyə qadir olduğunu nümayiş etdirir. Misirli hərbi rəsmilər İsrailin adını açıq çəkməsələr də, bu mesajların hamısı dolayı yolla İsrailə ünvanlandığı kimi şərh edilir. Ən diqqətçəkən addımlar arasında Şimali Sinay bölgəsinə ağır texnikanın gətirilməsi və Rafah sərhəd-keçid məntəqəsi yaxınlığında əsgərlərin sayının artırılması var.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.
İslam Müqavimət Hərəkatı (HƏMAS) İsrailin baş naziri, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan Benyamin Netanyahunu vasitəçilərin atəşkəs sazişi əldə etmək cəhdlərini pozmaqda ittiham edib. Hərəkat bildirib ki, Netanyahunun HƏMAS-ın vasitəçilərin təklifini qəbul etməsindən sonra belə Qəzzanın işğal planlarını təsdiqləməsi onun hər hansı razılaşmanı əngəlləməkdə israrlı olduğunu göstərir.
Bu addım Misirin müharibəni bitirəcək çıxış yollarının axtarışı üzrə təşəbbüslərin və diplomatik fəaliyyətin mərkəzində qalmaq istəyini göstərir. Eləcə də, hər hansı razılaşmanın Misirdən kənar əldə olunmasının və ya onu kənarda qoymaq cəhdlərinin mümkünsüzlüyünü vurğulayır.
ABŞ dövlət katibi Marko Rubio, 16 avqustda Qəzzalılara ziyarətçi vizalarının verilməsinin dayandırıldığını elan etdikdən sonra, bu qərarın yenidən nəzərdən keçiriləcəyini bildirib. Rubio, CBS News-a verdiyi müsahibədə, ABŞ-ın Qəzza xalqına verdiyi ziyarətçi vizalarının dayandırılması ilə bağlı danışıb. Rubio bildirib ki, yalnız Qəzzalı uşaqlara deyil, onlara müşayiət edən böyüklərə də viza verildiyini xatırladıb. Rubio, Konqresə təqdim olunan sübutlara əsasən, viza prosesi ilə əlaqəli olan bəzi qurumların HƏMAS-la güclü əlaqələrinin olduğunu iddia edərək, “HƏMAS-la dost münasibətdə olan qruplarla əməkdaşlıq etməyəcəyik.” - deyə qeyd edib.
Bir sıra ərəb və islam ölkələrinin xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların baş katibləri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı bəyanatlarını sərt şəkildə pisləyiblər. Bəyanatı pisləyən ölkələr və təşkilatlara Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad , Komorlar İttifaqı, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan , Liviya, Maldivlər, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Seneqal , Syerra Leone, Somali, Sudan, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmən eləcə də Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası daxildir.
İsrail ordusunun Qəzza zolağının qərb və mərkəz hissələrinə təşkil etdiyi hava hücumları nəticəsində azı 8 fələstinli həyatını itirib, bir neçə nəfər yaralanıb. Fələstinli xəstəxana mənbələrinin və görgü şahidlərinin bildirdiyinə görə, hava hücumları əsasən mülki vətəndaşları hədəfə alıb. Məlumata görə, Qəzzanın mərkəzində yerləşən Netzarim dəhlizi yaxınlığında yerləşən və guya humanitar yardım paylanan mərkəzdə gözləyən mülki şəxslərə edilən hava zərbəsi nəticəsində 2 fələstinli həlak olub.
Qəzzada baş verən soyqırım sona çatana qədər mübarizəmis davam edəcək. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqal Prezidenti Usman Sonko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Hazırda prezident, hökumət, hətta xarici işlər naziri səviyyəsində İsraillə heç bir əlaqə yoxdur. Əlaqə yalnız Sülh Müqaviləsinin təhlükəsizlik bəndlərinin icrası üzrə ortaq hərbi komitə vasitəsilə və Misirin Qəzzada atəşkəs vasitəçiliyi ilə bağlı koordinasiyası çərçivəsində aparılır.
Əl-Əzhər Universitetinin Qəzza ilə bağlı yayımladığı bəyanatın silinməsi siyasi dairələrdə qalmaqala səbəb olub. Bəyanatın silinməsi arxasında hökumət təzyiqlərinin olub-olmaması müzakirə olunur.