Yəmən hökumət mənbələrinin məlumatına görə, husilər bazar günü paytaxt Sənada BMT əməkdaşlarına qarşı yeni həbslər həyata keçiriblər.
#Husiilərin Yəməndə hərbi planları
İsrailin energetika naziri Eli Kohen bəyan edib ki, Təl-Əviv Yəməni “hədəf dairəsinə” daxil edib və husilərin liderlərini aradan qaldırmaq üçün “sistemli siyasət” yürüdür. Kohen bu barədə İsrail radiosuna müsahibəsində danışıb. “Yəməni hədəf dairəsinə daxil etdik. Bu, infrastrukturun məhv edilməsinə və husilərə qarşı məqsədli sui-qəsdlərin həyata keçirilməsinə yönəlmiş sistemli siyasətdir” – deyə, nazir bildirib. Onun sözlərinə görə, "söhbət yalnız husilərdən getmir, HƏMAS-ın bütün liderləri də hədəfdədir, hətta xaricdə yaşayanlar artıq ölü sayılır.” Xatırladaq ki, ötən şənbə husilər bəyan ediblər ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan hökumətin baş naziri Əhməd Qalib ər-Rəhəvi və bir sıra nazirlər ötən cümə axşamı Səna şəhərinə İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olublar. Son günlər husilər İsrailə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edir, İsrail isə cavab olaraq Yəməndə husilərin nəzarətindəki hədəfləri vurur. Məlumata görə, ötən cümə axşamı baş verən hücumdan sonra hökumət və nazirlər kabinetinin bu günə nəzərdə tutulan iclasları “husilərin ehtimal olunan cavab zərbələrinə görə” gizli və qorunan məkana keçirilib. “Kanal 12” telekanalı bildirib ki, nazirlərə bu qərar iclasdan az əvvəl çatdırılıb. İsrail hökumətinin bazar günü keçiriləcək həftəlik iclasında isə təhlükəsizlik qurumlarına ayrılan büdcənin artırılması da daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq. Kabinet daha sonra Qəzzadakı vəziyyəti, bir sıra ölkələrin Fələstin dövlətini tanımaq niyyətinə veriləcək reaksiyanı, həmçinin Livan və Suriyadakı prosesləri müzakirə edəcək.
Yəməndəki husilər avqustun 28-də İsrailin Sənaya hücumu zamanı baş nazir Əhməd Qalib ər-Rahavi və onu müşayiət edən bir neçə nazirin həlak olduğunu açıqlayıb. AzerVoice xəbər verir ki, Husilərlə bağlı Prezidentlik bəyanat yayıb. Bəyanatda İsrailin hücumunda həlak olan baş nazir Rehavi və bir neçə nazirin illik işlərini qiymətləndirmək üçün keçirilən adi görüş zamanı hədəf alındığı bildirilib.
Məsələnin müzakirələrinin bu səviyyəyə çatması çox vacibdir, çünki bu, problemin mahiyyətini anlamağa imkan verir – bunun İsrailin müharibədəki məqsədlərindən və ya atəşkəs razılaşmasının şərtlərindən biri olub-olmamasından asılı olmayaraq. Əslində, Livanın belə bir vəziyyətə ehtiyacı var idi, çünki Hizbullahın silaha sahib olması ölkə daxilində paralel bir dövlətçik yaratmasına imkan verib.
İsrail Müdafiə Qüvvələri (IDF) hücum səbəbilə Qüds və İordan çayının qərb sahilindəki bir sıra yaşayış məntəqələrində hava hücumu siqnalının səsləndiyini açıqlayıb.
ABŞ ordusu Yəməndə Rəs İsa neft limanını məhv etdiyini bəyan edib. Husi hərəkatı 38 nəfərin öldüyünü, 102 nəfərin yaralandığını bildirir. Hədəf: İranın dəstəklədiyi husiləri zəiflətmək.