Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyulun 15-də baş vermiş çevriliş cəhdinin 10-cu ildönümü ilə bağlı açıqlama verərək həmin gecə xalqın nümayiş etdirdiyi müqavimətin dünya demokratiya tarixində xüsusi yer tutduğunu bildirib. Türkiyə Prezidenti vurğulayıb ki, xalqın milli iradəsinə sahib çıxaraq küçələrə çıxması və çevriliş cəhdinə qarşı dayanması ölkənin demokratik tarixində mühüm dönüş nöqtəsi olub.
#Türkiyə
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz ölkə ictimaiyyətinə və müttəfiq dövlətlərə çağırış edərək, FETÖ və bənzəri gizli qruplaşmaların neqativ fəaliyyətlərinə qarşı hər zaman yüksək dərəcədə ayıq-sayıq olmağın vacibliyini bəyan edib.
İstanbul Respublika Baş Prokurorluğunun Ahbap Dərnəyinin fəaliyyəti ilə bağlı apardığı istintaq çərçivəsində dərnəyin sədri, müğənni Haluk Levent barəsində saxlanılma qərarı çıxarılıb. Məlumata görə, qərar İstanbul Respublika Baş Prokurorluğunun Ahbap Dərnəyi ilə bağlı davam edən araşdırması çərçivəsində qəbul edilib.
2026-ci ilin iyun ayında Türkiyədə baş verən ümumi qəza sayı 61 min 277 olub. İdarədən verilən məlumata görə, iyun ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 53 min 805, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 472 olub.
Türkiyədə dron, GPS cihazları və PUA görüntü emalı proqram təminatının alınması ilə bağlı açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məlumata görə, satınalma çərçivəsində 4 hissə üzrə 4 ədəd total station, dron, GPS cihazı və PUA görüntü emalı proqram təminatı alınacaq.
Türkiyə Kanadanın təşəbbüsü ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına qoşulmaq məsələsini araşdırır. Müdafiə Nazirliyinin mənbələri bildiriblər ki, Ankara təşəbbüslə bağlı danışıqları yaxından izləyib. Türkiyə Monrealda keçirilən müzakirələrdə iştirak edib. Ölkə NATO-nun Ankara sammitində qəbul olunan birgə bəyannaməyə də qoşulub. Bununla yanaşı, Ankara hələlik banka qoşulmaq barədə yekun qərar verməyib. Məsələ dövlət qurumları arasında müzakirə olunur. Daha əvvəl Türkiyə bu mərhələdə öhdəlik götürə bilməyəcəyini açıqlamışdı. Yekun qərarın yaxın müddətdə veriləcəyi gözlənilir.
Türkiyə ilə Kanada arasında imzalanması planlaşdırılan Azad Ticarət Sazişi (STA) üzrə danışıqların başlanması istiqamətində hazırlıq işlərinə start verilib. Məlumata görə, yay ayları ərzində saziş üzrə danışıqlara hazırlıq məqsədilə geniş və intensiv iş aparılacaq. Türkiyənin Ticarət Nazirliyi danışıq prosesinin dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti təşkilatları və digər maraqlı tərəflərin iştirakı ilə həyata keçirilməsini planlaşdırır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə Türkiyə arasında açıq qarşıdurmaya ehtiyac olmadığını bildirib və İsrail Baş naziri Benyamin Netanyahunu siyasi məqsədlərlə düşmən obrazı yaratmaqda ittiham edib. Fidan qeyd edib ki, seçkilər yaxınlaşdıqca bəzi siyasətçilər ictimai dəstək toplamaq üçün yeni qarşıdurma mövzuları axtarırlar. O bildirib ki, İsrailin HƏMAS, Hizbullah və İranla qarşıdurmalarından sonra yeni gərginlik istiqamətləri gündəmə gətirilir. Açıqlama İsrail-Türkiyə münasibətlərində son günlər artan ritorik gərginlik fonunda səslənib. Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İsrail dövlətinə qarşı mövqedə olmaqda ittiham edib. Ankara isə regional problemlərin dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayır.
“Qəhrəman Türkiyə Silahlı Qüvvələri tarixi şan və şərəflə dolu müqəddəs bir ocaqdır. Avropa Parlamentində qəbul edilən sözdə qərar qəhrəman Türkiyə Silahlı Qüvvələrinə qarşı alçaq bir böhtandır. Bu qərarı qətiyyətlə pisləyirik”, – deyə Çelik bildirib.
Türkiyənin Bursa Böyükşəhər Bələdiyyəsi T2 və T1 tramvay xətləri ilə Bursaray Osmangazi stansiyasının inteqrasiyası layihəsi üzrə dəmir yolu tikintisi işləri üçün açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihə çərçivəsində ümumilikdə 173 iş nəzərdə tutulur. Bunlardan 27-si tikinti, 138-i elektrik, 8-i isə elektron sistemlər üzrə işlərdən ibarətdir.
Məlumata görə, Türkiyənin müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlığı nəticəsində axtarışda olan şəxslər Gürcüstandan 38, Almaniyadan 5, Azərbaycandan 2, eləcə də Bolqarıstan, Avstriya, Ekvador, Fransa, Xorvatiya, Qazaxıstan, Misir, Yunanıstan və Şimali Makedoniyadan gətirilib.
2026-cı ilin iyun ayında Türkiyənin elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq, 1 milyard 664 milyon 602 min dollara bərabər olub. 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq, 9 milyard 133 milyon 644 min dollara bərabər olub.