#Türkiyə

Türkiyə Səhiyyə Nazirliyi tabeliyində fəaliyyət göstərən İstanbul Səhiyyə İdarəsi 2026-cı il üçün, qurumun xidmətlərində istifadə olunan nəqliyyat vasitələri üçün 90 min litr yanacaq alınması üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınmağa başlanacaq.

ABŞ hərbçiləri bölgədə fəaliiyət göstərəcək, ancaq Qəzzaya daxil olmayacaq. ABŞ rəsmiləri bildiriblər ki, missiyaya Misir, Qətər, Türkiyə qoşulacaq. BƏƏ hərbi nümayəndələrinin də missiyaya qoşulacağı ehtimaal edilir.

Türkiyə və Suriya rəsmiləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və regional inkişaflarla bağlı məsələlərin müzakirə olunacağı görüş 12 oktyabrda Ankarada baş tutacaq. Bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Nazirliyin açıqlamasına görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, həmçinin onların suriyalı həmkarları iştirak edəcəklər.

Türkiyə və Bolqarıstan A milli futbol komandaları, Sofiyada keçiriləcək 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi oyunu ilə 100 il ərzində 24-cü dəfə üz-üzə gələcək. Türkiyə və Bolqarıstan milli komandaları arasında ilk qarşılaşma 100 il əvvəl baş tutub. A Milli Komanda, 100 illik qarşılaşma tarixində oynadığı 23 oyunun 7-də qalib gəlib, 10 matçda isə Bolqarıstan qalib olub. Rəqiblər arasındakı 6 görüş isə heç-heçə ilə nəticələnib.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ), Balıkəsir şəhərinin Savaştəpə rayonunda 273 mənzil, 6 mağaza və 1 məscid tikintisi ilə yanaşı infrastruktur və ətraf mühitin düzənlənməsi işləri üçün tender elan edib.