Bursada yerləşən Uludağ Xəstəxanası, 63 çeşiddən ibarət təmizlik materialı və məhsullarının satın alınması üçün açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 130 gün ərzində təhvil verilməlidir.
#Türkiyə
Türkiyənin İHH İnsani Yardım Vəqfi, İsrailin uzunmüddətli hücumları nəticəsində ciddi dağıntılara məruz qalan Qəzza zolağında bərpa fəaliyyətlərinə başlayıb. Məlumata görə, təşkilat Qəzzanın şimal bölgəsində yolların açılması və dağıntıların aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər aparır. Əsas məqsəd bölgə sakinlərinin həyat şəraitini normallaşdırmaq və yaşayış məntəqələrini yenidən istifadəyə yararlı hala gətirməkdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə Türkiyə Prezidenti "X" hesabında paylaşım edib. "Can dostumuz, qardaşımız, göz bəbəyimiz olan Azərbaycanı 18 oktyabr Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu qürurlu gündə mən hörmətli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram", - deyə paylaşımda bildirilib.
Giresun Səhiyyə İdarəsi bölgədə yerləşən bir neçə dövlət xəstəxanasında aparılacaq 7 hissədən ibarət təmir və bərpa işləri üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 270 gün təşkil edir.
"Qardaş Azərbaycanın Müstəqillik Günü münasibətilə nəcib Azərbaycan xalqını səmimi qəlbdən salamlayırıq. Qardaşlarımızla ‘Bir millət, iki dövlət’ anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!"- deyə paylaışmda qeyd olunub.
Yunanıstan mətbuatı İsrailin arxipelaq adalarında istifadə oluna biləcək “killer drones” tipli insansız hava vasitələri (PUA) də daxil olmaqla hava müdafiə sistemləri təklif etdiyini yazıb. Məlumata əsasən, İsrail uzun müddətdir müzakirə olunan “Spyder All in One” hava müdafiə sisteminə əlavə olaraq, adaların mürəkkəb coğrafi quruluşuna uyğun yeni sistemlər də təklif edib.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ) tərəfindən, Tunceli şəhərində ümumilikdə 340 mənzilli yeni yaşayış binaları, habelə ətraf infrastruktur və abadlaşdırma işləri üçün açıq tender elan edib.
İnönü Universiteti Tibb Fakültəsinin Tibb Mərkəzi biokimya laboratoriyası üzrə 16 növ xidmətin satın alınması ilə bağlı tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti 730 gün təşkil edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
Karabük Tədris və Tədqiqat Xəstəxanası xəstələrin daşınması üçün nəzərdə tutulan xəstə daşıma lifti quraşdırılması məqsədilə açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 200 gün təşkil edir.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, NATO Müdafiə Nazirləri Toplantısında çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin (TSK) Qəzzada yaradılması planlaşdırılan çoxmillətli vəzifə qüvvəsində iştirak etməyə hazır olduğunu bəyan edib. Milli Müdafiə Nazirliyinin məlumatına görə, Gülər Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri və Ukrayna Əlaqə Qrupu iclaslarından sonra açıqlama verib.
Ankara Böyükşəhər Bələdiyyəsinin təhlükəsizlik xidməti bölməsi xüsusi mühafizə fəaliyyətində istifadə olunacaq 66 xidməti avtomobilin alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Avtomobillər tenderin nəticələri açıqlandıqdan sonra 10 gün ərzində təhvil alınmağa başlanacaq.
O, həmçinin ölkədə aşkar edilən nadir torpaq elementlərinin əhəmiyyətli ehtiyatları barədə məlumat verib. Türkiyə prezidenti bildirib ki, Əskişəhər vilayətinin Bəylikova rayonunda təxminən 694 milyon ton barit, flüorit və digər nadir torpaq elementləri aşkar edilib və bu, dünyanın ikinci ən böyük yatağıdır.