#Türkiyə

Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Türkiyə və Qətər cümə günü yaydıqları birgə bəyanatda İsrail rəsmilərinin Rəfah sərhəd-keçid məntəqəsinin birtərəfli qaydada açılması və Qəza sakinlərinin Misirə yönləndirilməsi barədə açıqlamalarından dərin narahatlıq duyduqlarını bildiriblər.

Türkiyənin İzmir şəhərində "Doğu Akdeniz - 2025" (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib. Bildirilib ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı terrordan azad Türkiyə hədəfinə nail olmaq üçün iradəli olduqlarını vurğulayıb. O bildirib ki, terror problemini həll etməklə həm Türkiyə, həm də türk xalqı qazanacaq və prosesə mane olmaq istəyənlərə sərt reaksiya göstərəcək. “Şəhid ailələrimiz narahat olmasın, qazilərimiz qorxuya düşməsin. Heç vaxt başlarını aşağı etməyəcəyik. Bizim heç bir bazarlığımız yoxdur və Türkiyənin suverenliyini zədələyəcək hər hansı yanlış addımda yer almarıq”, – Bahçeli qeyd edib.

Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə ilə Pakistan arasında Pakistanın 3 dəniz və 2 quru sahəsində neft və qaz axtarışı və istehsalı ilə bağlı müqavilələr imzalanıb. Bu anlaşmalar Türkiyə Petrolləri (TPAO) ilə Pakistanın Mari Energies, Fatima, OGDCL, PPL, Prime və GHPL şirkətləri arasında bağlanıb.

Türkiyənin milli kosmik şirkəti “Fərqani Space Technologies” ölkənin ilk Orbitaya Transfer Aparatını (YTA), FGN-TUG-S01 ABŞ-ın Kaliforniya ştatındakı Vandenberg Kosmik Qüvvələr Bazasından uğurla orbitə göndərib. Qeyd edilib ki, beləliklə, Türkiyə yalnız öz imkanları ilə hazırlanmış ilk YTA-sını kosmosa çıxararaq mühüm tarixi addım atıb.

Türkiyənin COP31-i qazanmasında Azərbaycan vasitəçilik edib. Bunu bu gün xarici işlər nazirinin müavini, COP29 Azərbaycan üzrə baş danışıqçı Yalçın Rəfiyev ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” mövzusunda beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında deyib. Nazir müavini qeyd edib ki, Türkiyənin COP31- ev sahibliyi regionda Azərbaycandan sonra ətraf və ekoloji məsələlərə diqqətin artmasına açıq olacaq: