#Türkiyə

Bișkek vaxtı ilə 1 dekabr 2025-ci il gecə yarısı Qırğızıstanın Rusiyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Qətərdə, Misirdə və Küveytdə yerləşən 80 xarici seçki məntəqəsində səsvermə prosesi başa çatıb. Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, eyni saatlarda ölkə hüdudlarından kənarda yerləşən daha 20 seçki məntəqəsində səsvermə davam edir. Həmin məntəqələr ABŞ, Böyük Britaniya, Macarıstan, Almaniya, Avstriya, Çexiya, Slovakiya, İtaliya, Belçika, İsveçrə və Fransada fəaliyyət göstərir.

İraq Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Bərzani Prezidenti Məsud Bərzani “Terrorsuz Türkiyə” prosesi çərçivəsində Türkiyəyə dəstək verdiklərini açıqlayıb və onlardan nə istənilsə, etməyə hazır olduqlarını bildirib. Bərzani Şırnak şəhərinin Cizrə rayonunda keçirilən bir simpoziumda çıxış edərək bölgədə sülh prosesinin başladığını və xalq, parlament və partiyaların bu prosesi dəstəklədiyini vurğulayıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya FETÖ terror təşkilatına qarşı son bir həftədə 32 şəhərdə keçirilən genişmiqyaslı əməliyyatlarla bağlı detalları açıqlayıb. Nazir sosial media hesabında yayımladığı məlumatda bildirib ki, əməliyyatlar zamanı FETÖ-nün hazırkı strukturu daxilində fəaliyyət göstərən, təşkilatla bağlı saxta yardım qurumlarına maliyyə dəstəyi verən, sosial şəbəkələrdə FETÖ təbliğatı aparan və ölkədən qaçmağa cəhd edən 92 şübhəli saxlanılıb.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,29 ABŞ dolları və ya 0,44 faiz artaraq bir barel üçün 66,34 ABŞ dolları təşkil edib.

Türkiyə, Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) Şura üzvlüyünə yenidən seçilib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb. Nazirlik bildirir ki, Türkiyə IMO-nun Londonda keçirilən 34-cü Baş Assambleyası çərçivəsində aparılan seçkilərin nəticəsinə əsasən Şura üzvlüyünə yenidən layiq görülüb. Açıqlamada qeyd olunur ki, Türkiyə 1999-cu ildən bəri fasiləsiz şəkildə IMO Şurasında təmsil olunmağı bacarıb.

25-28 noyabr 2025-ci il tarixlərində Dövlət Turizm Agentliyinin dəstəyi ilə aqroturizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyədən olan mütəxəssislərin Lənkərana tanışlıq səfəri təşkil edilib. Türkiyə Respublikasının Kənd Təsərrüfatını və Kənd İnkişafını Dəstəkləmə Qurumu və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə baş tutan səfərdə Türkiyənin Trabzon və Rizə bölgələrininm aqroturizm təcrübələri haqqında məlumat verilib.

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq genişlənir. Bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə edilib. Belə ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilərək plenar iclasa tövsiyə edilib.