Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası nümayəndə heyətləri iştirak edirlər. Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı və effektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinin dezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusional qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.
#Türkiyə
Azərbaycan və Türkiyə arasında hərbi təhlükəsizlik möhkəmləndiriləcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır. Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan 16-cı Səfirlər Konfransında çıxış edən Hakan Fidan qeyd edib ki, müharibənin ilk günündən Türkiyənin mövqeyi dəyişməz olub. Onun sözlərinə görə, Ankara müharibənin hərbi deyil, diplomatik yollarla başa çatdırılmasını əsas prinsip kimi qəbul edib.
Türkiyənin Qəzza zolağındakı böhranın həlli ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Prezident Rəcəb Tayyib Ərdoğan yerli universitetlərin tələbələri ilə görüşdə çıxış edərək, Ankaranın bu məsələdə qətiyyətli siyasət yürütməyə davam edəcəyini bildirib. Onun sözlərinə görə, Türkiyə Qəzza məsələsində mövqeyindən geri çəkilməyəcək və bu istiqamətdə zəruri addımları atmağı davam etdirəcək.
Təxminən min 300 ton humanitar yardım daşıyan gəmi, Türkiyə Qızıl Aypara Cəmiyyəti tərəfindən Qəzzaya çatdırılmaq məqsədilə Mersin limanından yola çıxıb. Humanitar yardımın Misirin El Arish Limanına çatması gözlənilir. Orada yüklər boşaldılacaq və sonrakı mərhələdə Qəzzaya çatdırılacaq. Yükün əsas hissəsini qida məhsulları, gigiyena ləvazimatları, geyim və yorğanlar təşkil edir.
"Real"ın müdafiəçisi Antonio Rüdiger karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Türkiyənin Ticarət naziri Ömər Bolat, ABŞ-da çox məhsuldar görüşlər keçirdiklərini və iki ölkə arasındakı ticarət həcmini 100 milyard dollar hədəfinə çatdırmaq üçün işlərin davam edəcəyini açıqlayıb.O bildirib ki, Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında sentyabr ayında baş tutmuş görüş iki ölkə münasibətlərində mühüm dönüş nöqtəsi olub. Bu görüşün siyasi əlaqələr və regional böhranların həllində Türkiyə və ABŞ arasındakı əməkdaşlığa sürət qazandırdığını vurğulayıb.
Vəzifəsindən azad olunan Əsənyurt Bələdiyyə Başçısı Ahmet Özər, Millətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli ilə görüşüb. Görüşdən sonra açıqlama verən Özər bildirib ki, Bahçeliyə sülh prosesinə verdiyi səmimi və fədakar töhfələr üçün təşəkkür edib. Özər həmçinin bildirib ki, iddiaların cəzaya çevrilməməsi və müvəqqəti idarəçi tətbiqinin sona çatması prosesi dəstəkləyə bilər. O, əvvəlki mərhələdə Aziz İhsan Aktaş ilə bağlı istintaqda tutulmuş və təxminən bir ay əvvəl azad edilmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında Qara dənizdə gəmilərə, o cümlədən Türk gəmisinə edilən hücumlara münasibət bildirib.
"Putinlə olduqca məhsuldar və dərin müzakirələr apardıq. Ona hər an hazır olduğumu bildirdim və ən qısa zamanda görüşməli olduğumuzu müzakirə etdik. O da mənə 'sözümü yerinə yetirəcəyəm' dedi. Ümid edirəm ki, bu səfər yaxın zamanda reallaşacaq", - deyə o bildirib.
Türkiyənin "Fənərbaxça" klubu qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. İstanbul nəhənginin əsas hədəfi icarə əsasında "Aston Villa"da çıxış edən Ceydon Sançodur.
Dünyanın ən nüfuzlu elmi jurnallarından olan Science nəşrində dərc edilən yeni araşdırma göstərir ki, Marmara dənizində baş verən zəlzələlər son 15 il ərzində sistemli şəkildə qərbdən şərqə İstanbul istiqamətində irəliləyir. Araşdırma Almaniyanın GFZ Helmholtz Yer Elmləri Mərkəzində aparılıb. Tədqiqatda Ana Marmara Fayı üzərində son illərdə müşahidə olunan seysmik aktivlik ətraflı şəkildə təhlil olunub, İstanbul üçün gözlənilən böyük təhlükənin mexanizmi və fay xəttinin hazırkı gərginlik vəziyyəti izah edilib.